Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Amerika romantizmi: Harriet Biçer-Stou və Mayn Rid Harriet Biçer-Stou - “Tom dayının daxması” romanı

Tarix: 03-04-2023 18:06     Baxış: 4377 A- / A+
Sərvanə Dağtumas

Roman quldarlıq əleyhinə yazılıb, Amerikada köləlik sistemi, rasizm(irqçilik), bunların insan psixologiyasına, insan intellektinə mənfi təsiri, mənəvi cəhətdən zəngin olan zəncilərin ağlasığmaz məhrumiyyətləri təsvir olunub. 
Romanın digər adı “Alçaqlar arasında həyat” dır. Əsər 1940-cı illərdə ABŞ-da bir sıra afroamerikalı qulların və onların sahiblərinin ağır taleyini təsvir edir. Tom özünüistismar etməkdən uzaqdır, öz inanclarını müdafiə edir, dostlarına və ailəsinə xəyanət etməkdən imtina edir. Saymon Leqrinin (adının mənası “tamahkar”, “qəddar” deməkdir) məqsədi Tomun mənəviyyatını məhv etmək və dini inancını sındırmaqdır. Tomun Allaha imanı plantasiyanın çətinlikləri ilə sınanır. Əsər Azad İradə Hərəkatının dəyər və ideyalarını ifadə edir. Roman köləliyin patriarxal təbiətinin tənqidi kimi görünür. Stou üçün ailələrin əsasını ağalr və qullar arasında atalıq münasibətindən çox qan qohumluğu təşkil edirdi. Milliyyət hissləri ortaq bir irqə sahib olmaqdan irəli gəlir. Roman  “uşaq ədəbiyyatı və təbliğatının qarışığı” adalandırıldı. Corc Şelbi bütün qullarına azadlıq verir və ləğv edilmiş köləliyin simvolu olaraq, Tom dayının daxmasını tərk edir. Tom dərin bir şəxsiyyətə sahib idi, bir çox qəhrəmanların dünyagörüşünü, qullara münasibətini dəyişdi. Romanda əsas mövzu köləliyin şər və əxlaqsızlığıdır. Müəllif analığın əxlaqi nüfuzu, xristian sevgisinin gücü kimi alt mövzulara da toxunub. Roman köləliyin ləğvinə doğru atılan zəruri adamdır. Alovlu xristian və fəal abolitionist kimi Stou bir çox dini inanclarını romanda göstərib. Əgər hər bir insan öz prinsiplərini səmimiyyətlə araşdırsa, onlara əməl etsə, Allahın iradəsi yerinə yetiriləcək. Mayn Ridin “Başsız atlı” romanı Vəhşi Qərb mövzusunda yazılıb, gənc qızı sevən iki gəncin mübarizəsi, ABŞ həyatının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, Amerika hindularının həyatı təsvir edilir. Digər adı “Texasın qəribə nağılı”dır. Əsərin əsas ideyası: əsl sevgi üçün heç bir maneə yoxdur. Moris Luiza ilə evlənir və Avropaya səyahət edir. Luizanı istəyən digər gənc Koalhonun son məhkəmə iclası zamanı intihar edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar