Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda istilik mövsümü 1 ay uzadıla bilər

Tarix: 03-04-2023 17:08     Baxış: 3168 A- / A+
“Azəristiliktəchizat” ASC Energetika Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətinin artırılması ilə bağlı danışıqlar aparır.
Manevr.az xəbər verir ki, bunu Repor-a açıqlamasında səhmdar cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
“Mövcud qaydalara görə, istilik mövsümü noyabrın 15-dən aprelin 15-nə qədər davam edir. Əlbəttə, burada havanın temperaturu əsas rol oynayır. Hazırda normativ sənədlərdə dəyişikliklərin edilməsi üçün Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə araşdırmalar aparılır. Ola bilsin ki, istilik mövsümü 15 gün tez, yəni noyabrın 1-də başlasın, 15 gün gec, yəni mayın 1-də bitsin. Bununla bağlı bizə vətəndaşlardan və təhsil müəssisələrindən kifayət qədər müraciətlər var. Müraciətlərin mahiyyəti ondan ibarətdir ki, mövsüm noyabrın 1-də başlasın, mayın 1-də bitsin. İstənilən müraciəti diqqətdə saxlayırıq. Hökumət də tapşırıq verib ki, araşdırılsın və hazırda araşdırmalar davam edir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə məlumat verəcəyik", - deyə o qeyd edib.
"Mövsümün müddətinin dəyişdirilməsi heç də asan məsələ deyil. Burada söhbət əlavə enerji resurslarından, vəsaitdən və əməkdaşdan söhbət gedir. Ona görə də bu, çox detallı araşdırma tələb edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi son 30 ildə iqlimdə baş vermiş dəyişikliklər, temperatur rejimləri, soyuq, yağışlı, şaxtalı, küləkli günlərin sayı və başqa bu kimi zəruri məlumatları hazırlayır”,- deyə İ.Mirzəliyev əlavə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar