Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Nurlana Əliyeva məhkəməyə gətirildi

Tarix: 03-04-2023 10:35     Baxış: 3462 A- / A+

Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gətirilib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, sabiq rektor Bakı Ağır Cinayətlər Məhkəməsində adıçəkilən universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.
Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında bir neçə dəfə məhkəməyə çağırılsa da, prosesə gəlmirdi. Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar