Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın üçün yeni dövr: Qayıdış və İnkişaf konsepsiyası – Aqil Məmmədov

Tarix: 03-04-2023 09:29     Baxış: 3345 A- / A+
Vətən müharibəsi nəticəsində işğalçı Ermənistan döyüş meydanında məğlub oldu. 30 ilə yaxın davam edən Ermənistanın işğal siyasətinə son qoyuldu. Beynəlxalq təşkilatların Azərbaycan ərazisindən erməni silahlılarının çıxarılması ilə bağlı qətnamələrini ölkəmiz təkbaşına icra etdi. Azərbaycan döyüş meydanında yeni bir reallıq yaratdı. Bu işğalın, separatizmin, təcavüzün sona çatdığını xarakterizə edən yeni bir situasiyadır.
Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, II Qarabağ müharibəsi nəticəsində işğalçı Ermənistan kapitulyasiya aktına imza atmaqla Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan hüquqlarını bərpa etdi: “Müzəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz döyüş meydanında Azərbaycanın qüdrətini bir daha nümayiş etdirdi. Tarixi qələbə sözsüz ki, digər siyasi reallıqların təminatına başlıca zəmin oldu. Döyüş meydanında qazanılan qələbə hərbi-siyasi, diplomatik müstəvidə də uğurlarımızın təminatına əsas yaratdı”.
Deputat deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfəri nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmaqla öz üzərinə öhdəliklər götürüb: “Bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər rayonu heç bir güllə atılmadan, şəhid verilmədən düşmən işğalından azad edilib. Bu Azərbaycanın yaratmış olduğu yeni reallığın siyasi müstəvidə növbəti təntənəsi idi. Ölkəmizin işğaldan azad edilən bütün əraziləri kimi Ağdam, Kəlbəcər və Laçında da quruculuq-bərpa işləri böyük vüsət alıb. Təbii ki, ermənilərin məkirli siyasəti nəticəsində ərazilərin minalanması bu gün quruculuq-bərpa işlərini bir qədər ləngidir. Amma bütün bu maneələrə baxmayaraq Azərbaycan azad edilmiş bölgələri qısa zamanda bərpa edir. Keçmiş məcburi köçkünlərin qısa zamanda öz ata-baba ocaqlarına qayıtması üçün bütün zəruri işlər görülür, infrastruktur yaradılır. Bu imkan verir ki, artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq 30 ilə yaxın qaranlığa qərq olmuş torpaqlarımızda həyat canlanacaq, işıqlar əbədi yanacaq”.
Aqil Məmmədov hesab edir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulunun tətbiqi sayəsində yeni bir yanaşma ortaya qoyulub: “Bu baxımdan mart ayının 28-də Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürü idi. Laçında həyata keçirilən bərpa-quruculuq layihələri haqqında ölkə başçısının xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin güclü iqtisadi potensialı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qısa zamanda qayıtmalarını təmin edəcək”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar