Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

"İçkili məclislərdə iftar açmaq haram deyil" - Elşad Miri

Tarix: 02-04-2023 21:28     Baxış: 4274 A- / A+
"İçkili məclislərdə iftar açmaq haram deyil" -İslam dinində alkoqol haram sayılsa da, içki içən müsəlman az deyil.

Ramazanda çox müsəlmanlar içkidən imtina edir, haramdan uzaq durur.

Lakin son dövrlər bəzi restoranlarda iftar vaxtı həm içki, həm də iftar menyusu verildiyinin şahidi oluruq. Bu, təbii olaraq oruclu insanlarda qıcıq yaradır. Əhali bilmir hansı restorana getsin ki, tutduğu oruc batil olmasın... Bəs içkili məkanda iftar açmaq orucu pozur?

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri orucun hansı hallarda pozulması məsələsinə toxunub:

"Orucu pozan 3 amil var: yemək, içmək və ər-arvad münasibətləri. Bunlardan başqa içkili, musiqili məkanda olmaq, orada iftar açmaq orucu batil etməz. Dinimizdə belə bir qadağa və ya o cür haram yoxdur.

Elə restoranlar var ki, sahibi özünü dindar göstərmək üçün Ramazanda yalnız iftar vaxtı fəaliyyət göstərir. Bu, doğru deyil".

E.Miri qeyd edib ki, səfərdə olanları, turistləri, xəstəliyindən dolayı oruc tuta bilməyən insanları nəzərə almaq lazımdır:

"Niyə öz əqidəni və ya dünyagörüşünü məcburi şəkildə başqalarına qəbul etdirəsən ki? Bu Allahla sənin aranda olan bir məsələdir". yenicag.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar