Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Mən Oqtay Əsədovdan qorxmuram...” – Federasiyada qalmaqal

Tarix: 01-04-2023 14:19     Baxış: 3188 A- / A+


Milli Məclisin deputatı, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və Gənclər və İdman naziri Fərid Qayıbovdan şikayət var. 


Tennis üzrə məşqçi Əli Kərimov yenisabah.az-a açıqlamasında iddia edib ki, Azərbaycan Tennis Federasiyası, Gənclər və İdman Nazirliyi  perspektiv vəd edən idmançılarımıza etinasızlıq göstərir:
“Mənim əsas şikayətlərimdən biri Gənclər və İdman naziri Fərid Qayıbovdandır. Oqtay Əsədov 19 ildir ki, Tennis Federasiyasının Prezidentidir. 19 ildir nəticə verməyən insanı ötən il yenidən prezident seçdilər. 
Mən bu gün yetişdirdiyim uşaqla federasiyaya gedirəm, deyirəm ki, mənim qızımla oynamağa tennisçi çıxarın, çünki uşaq tək olanda, rəqabət olmayanda nəticə əldə edilmir. 
Biz görmüşük ki, uşaqlar 14-15 yaşında xarici ölkələrə təlim-məşq toplanışına çıxarılar, amma mən 4-5 ildir ki, buna görə küçələrdəyəm. Nə var, nə var Oqtay Əsədov tennisimizi məhv edir, Milli Məclisin deputatını götürüb federasiyaya prezident qoyublar. Bu gün federasiya mənimlə düşmənçilik edir, səbəb isə mənim düzgün məşq tələb etməyimdir. 
Biz 12 yaşlı qızım, həmçinin tələbəm olan Kərimova Ayşənlə ötən il milli komandanın tərkibində Antaliyaya getdik, 2 ermənini udduq. Gəldik heç sağ ol deyən də olmadı. Üstəlik qızımı milli komandadan da çıxardılar ki, yaşı çatmır. 
Başqa ölkələrdə 12 yaşlı oyunçular milliyə düşür, amma bizdə deyirlər ki, düşmür. Artıq boğaza yığılmışıq, vətəndaşlıqdan belə çıxmağa hazırlaşırıq. Bircə ümidim ölkə Prezidentinə qalıb. Bundan əvvəl Fərid Qayıbovla da, Oqtay Əsədovla da görüşmüşəm, amma nəticəsiz qalıb. Mən adi vətəndaş kimi Oqtay Əsədovdan qorxmuram, yeri gələndə ona sözümü deyirəm. O, balaca uşaqların haqqına girir. Utanmadan federasiyadakı prezdentliyindən, kreslodan də əl çəkmir.
Biz ötən il Antaliyada erməni rəqiblə oynayanda 11 yaşlı Ayşən Kərimovanı 14 yaşlı uşaqların siyahısına salmışdılar. Orada erməni qızla oynayanda onun məşqçisi bizə yaxınlaşıb Ayşən üçün çox xoş sözlər dedi. Erməninin, rusun, türkün etdiyi hörməti öz məmurlarımızdan görməmişik. Oqtay Əsədov federasiyada ancaq öz yaxın qohumlarına vəzifə verməklə məşğuldur və uşaqların taleyi ilə qətiyyən maraqlanmır”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar