Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yəhudilər türklərlə qohumdur, əmiuşaqlarıyıq - Ənzabi

Tarix: 01-04-2023 13:46     Baxış: 4210 A- / A+


Yəhudilər türklərlə qohumdur, əmiuşaqlarıyıq - Ənzabi

Yəhudilər - səfəradlar və aşkenazlar olmaqla bir neçə qrupa bölünür. Onlardan aşkenazlar Xəzər türklərindən sayılır. Demək olar ki, aşkenazlar türklərin qohumudur, əmiuşaqlarıyıq. Dünyanın məşhur və tanınmış yəhudiləri aşkenaz qolundan gələnlərdir. Nobel mükafatı alanların 28%-i məhz aşkenaz yəhudiləridir.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a güneyli milli fəal və yazar Əli Ənzabi deyib.
Onun sözlərinə görə, İsraillə Azərbaycanın yaxın və dost münasibətlərinin kökü də məhz qohum olmasından irəli gəlir:
“Lakin farslar və ermənilər türklərə və yəhudilərə düşməndirlər. Bunun da tarixi səbəbləri var”.
Ənvazi bildirib ki, Azərbaycanın İsraillə münasibətlər qurması, səfirlik açması milli maraqlarından irəli gəlir:
“Bakının Təl-Əvivlə dost münasibəti, əlaqələri inkişaf etdirməsi başadüşüləndir. Azərbaycan torpaqları uzun müddət idi ki, işğal olunmuşdu. Özünü müdafiə etmək üçün İsraildən silah-sursat alır. Qarabağ savaşında da gördük ki, İsrail Azərbaycana çox kömək etdi. Həmçinin Azərbaycanda çoxlu yəhudi yaşayır və türklərə doğmadırlar”.
“İsrail və İran müharibə edərsə, Güney Azərbaycanın mövqeyi necə olacaq” sualına isə o, belə cavab verib:
“Güney Azərbaycanın əhalisi müsəlmandır. İsrailin fələstinlilərlə problemi olduğuna görə onlara münasibəti müsbət deyil. İslam Cümhuriyyətindən də narazıdırlar. Güney Azərbaycan bu savaşda iştirak etməyəcək.
Orduda, SEPAH-da olan azərbaycanlılar istisnadır. Onlar məcburən müharibəyə qatılacaqlar. Çünki SEPAH-ın və ordunun 40%-i azərbaycanlılardan ibarətdir. Ola bilsin ki, müharibədə İsrailə qarşı döyüşəcəklər.
Amma toplum bu savaşda iştirak etməyəcək. Azərbaycan şəhərlərinə həmlə olarsa, o zaman rejimi müdafiə edərlər. Əgər İsrailin mülki şəhərlərlə işi olmasa, cəmiyyətimiz bu müharibədə rejimi müdafiə etməyəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar