Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni agentlik yaradıldı, onlar vəzifəsiz qaldı – Siyahı

Tarix: 30-03-2023 17:12     Baxış: 4266 A- / A+

Xəbər verdiyimiz kimi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Agentliyin sədri isə “Meliorasiya və Su Təsərrüfatı”nın sədri Zaur Mikayılov təyin edilib. 
Manevr.az Qaynarinfo-ya istinadən xəbər verir ki, FHN-nin Su Ehtiyatları Agentliyindən 3, “Azərsu”dan 5, “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən 2 əsas vəzifəli şəxs vəzifəsini itirib.
Rafiq Sabir oğlu Aslanov – 2006-cı ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini olub. ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.
Zakir Quliyev – 2006-cı ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin  sədr müavini olub. Sabiq sədr Əhməd Əhmədzadənin əsas kadırlarından sayılır.

Teyyub Cabbarov, Etibar Məmmədov, Köçərli Həsənov, Seymur Seyidov, İlqar Tağıyev uzun illərdir “Azərsu” ASC-nin sədr müavinidirlər. Onların əksəriyyəti ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun əsas kadırlarından hesab olunur.

Hikmət Əhəd oğlu Məmmədov – Uzun illər hüquq mühafizə orqanlarında çalışmış, keçmiş polis işçisi 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində çalışır. 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və DİN-nin Polis Akademiyasını bitirib.
Ruslan Çoban oğlu Ağamirzəyev – FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Əməkdar mühəndisdir. BDU-nun prorektoru Əliş Ağamirzəyevin qardaşıdır.

Elxan Süleymanov – Ziya Süleymanov 
Ziya Elxan oğlu Süleymanov – 2021-ci ildən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavinidir. Milli Məclisin 2010-2020-ci illərdə deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olmuş Elxan Süleymanovun oğludur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar