Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Müğənni Nəfəs məsuliyyətə cəlb olunacaq? - RƏSMİ AÇIQLAMA

Tarix: 29-03-2023 20:03     Baxış: 3394 A- / A+

Müğənni Nəfəsin (Günel Məmmədova) "7 Canlı” verilişində sükan arxasında kəmərdən istifadə etməməsi ilə bağlı açıqlaması müzakirə yaradıb.
Manevr.az xəbər verir ki, ifaçının efirdə bu qayda pozuntusunu etiraf etməsi və daim belə halların təkrarlandığını bildirməsi tənqid edilib. Aparıcı Vüsalə Əlizadə dəfələrlə ifaçıya bunun qayda pozuntusu olduğunu, efirdə təbliğ etməməsini söyləsə də, o, maşın sürməyə başladığı vaxtdan bu səhvi etdiyini deyib.
Məsələ ilə bağlı OLAY-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü birmənalı şəkildə inzibati məsuliyyətə cəlb olunur:
"Avtomobil idarə edildiyi zaman təhlükəsizlik kəmərindən istifadə edilmirsə, sürücü inzibati məsuliyyətə cəlb olunacaq. Bu, birmənalıdır. Həmin şəxs bildirir ki, kəmərdən istifadə etmir. Lakin məsələ bununla yekunlaşmır. Gərək yolda bu fakt aşkarlansın və sözügedən şəxsin qayda pozuntusuna yol verməsi sübut olunsun.
Hər bir halda bunun reklam kimi efirdə səsləndirilməsi düzgün deyil. Çünki vətəndaşları qaydalara əməl etməyə səsləmək lazımdır. Bununla yanaşı, avtomobil idarə edərkən kəmərdən istifadə olunması sürücünün öz təhlükəsizliyi üçün vacibdir. Qayda pozuntusuna yol verməsi ilə bağlı faktın efirdə söhbət xatirinə səsləndirilməsi qınanılmalıdır. Heç olmasa verilişdə danışmasın ki, cəmiyyətə də bu qayda pozuntusunu təbliğ etməsin”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar