Xəbər lenti
Vasif Talıbovun bu "qayda"sı da ləğv olundu
Naxçıvanda polis sahə müvəkkillərinin kütləvi şəkildə sərəncama göndərildiyi bildirilir.
Manevr.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan” məlumat yayıb. Xəbərdə bildirilir ki, bu addıma səbəb kəndlərdəki polis məntəqələrinin ixtisara salınmasıdır.
2008-ci ildən bəri, Ali Məclisin keçmiş sədri Vasif Talıbovun göstərişi ilə Naxçıvanın bütün kənd və qəsəbələrinin hər birində polis məntəqələri yaradılmışdı. Bu məntəqələrin hərəsinə də müvəkkili vəzifəsi təyin olunmuşdu. Məlumata görə, Naxçıvanda qurulmuş yeni hakimiyyət bir neçə kəndin polis məntəqəsini birləşdirib, ixtisar aparmaqla, büdcəyə qənaət etmək istəyir.
Məlumatı bir qrup sahə müvəkkili də təsdiqləyib. Onlar isə iddia edir ki, Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətov köhnə komandadan qurtulmaq üçün bu addımı atır:
“Naxçıvandakı sahə müvəkkillərinin yarıdan çoxu bir neçə gündür ki, sərəncama göndərilib. Bizə verilən məlumata görə, artıq hər kənddə polis məntəqəsi olmayacaq. 3-4 kəndi birləşdirib, bir polis məntəqəsi edəcəklər.
Sərəncama göndərilən hər kəsə deyiblər ki, işlə təmin olunacaqlar. Hələlik gözləyirik. Sərəncama göndərilənlərin hamısının işə qaytarılacağına inam yoxdur. Nazir dəyişəndən sonra bir neçə rəis və yüksək vəzifəli polis zabitləri işlərindən azad olunub. Onların hamısını keçmiş nazirin yaxın adamları kimi yola salıblar. Çox güman ki, sahə müvəkkillərini də saf-çürük edəcəklər. İnanmadıqları, etibar etmədikləri, keçmiş nazirə yaxın hesab etdikləri adamları işlə təmin etməyəcəklər. Bu isə çoxlu sayda polis zabitinin işsiz qalmasına səbəb olacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar