Manevr.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, əməkdaşlara bildirilib ki, ərazidə icazəsiz çəkiliş aparmaq qadağandir.
Maraqlıdır görəsən dünyanın hansı inkişaf etmiş ölkəsində belə bir qayda və ya qadağa var?
Təsəvvür edin turist olaraq Azərbaycana gəzməyə gəlirsiz. İlk olmasa da mütləq baş çəkəcəyiniz məkanlardan biri də Bakı Bulvarı olacaq. Səhv edib üzərinizdə kamera götürsəz sizə çəkilişə icazə verməyəcəklər. Millət vəkili Razi Nurullayevin başına gəldiyi kimi.
Belə ki, bir neçə gün öncə deputat TV-lərin birinə bulvar ərazisində müsahibə vermək istəyib amma çəkilişə icazə verilməyib. Qısacası deyiblər ki, millət icazə alırsa, millət vəkili də icazə almalıdır. Yəni, kim olursan ol, gəl bizdən icazə al.
Dənizkənarı bulvar idarəsinin mətbuat katibi Könül İmamverdiyeva suallarımıza cavab olaraq bildirdi ki, Bulvar Milli Park sayılır və bura xüsusi şəkildə mühafizə olunur. Bu səbəbdən icazə almalısınız.
Qurum rəsmisi onu da qeyd etdi ki, bu qayda idarənin nizamnaməsində də öz əksini tapıb. Lakin nizamnaməni əvvəldən axıra qədər oxuduq və heç bir bənddə "jurnalistlər bulvara girmək üçün xüsusi icazə almalıdırlar" müddəasına rast gəlmədik.
Hüququqşünas Şamil Paşayev də Xəzər Xəbərə təsdiqlədi ki, küçə, meydan, xiyaban və parklarda çəkiliş apamaq qanunla qadağan deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: