Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bəxtiyar Hacıyev azadlığa çıxa bilər – Prezidentə müraciəti…

Tarix: 27-03-2023 18:30     Baxış: 3229 A- / A+
İctimai fəal Bəxtiyar Hacıyevin həbsxanadan Prezident İlham Əliyevə müraciət etdiyi haqda xəbər vermişdik. O, müraciətində ölkə başçısından xahiş edib ki, həbsdən buraxılmasına kömək etsin. Onun bu müraciətinə hələ ki aidiyyatı qurumlar reaksiya verməyib. Adətən həbsdəki tanınmış şəxslərin analoji müraciəti müsbət həll edilir. Bəxtiyar Hacıyevin belə şansı varmı?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, B.Hacıyev ölkə başçısına müraciət etməkdə doğru addım atıb.
N.Cəfəroğlu deyib ki, Bəxtiyar xanımlardan üzr istəməlidir:
“Bəxtiyar Hacıyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etməsi doğru addımdır. Yəqin ki, onun məktubuna cavab veriləcək. Bəxtiyarın azadlığa çıxması artıq cənab prezidentdən asılıdır. Allah bağlı qapısını açsın. Amma o, bütün xanımlardan üzr istəməlidir”.
Deputat Hikmət Babaoğlu bildirib ki, ölkə başçısı hər zaman humanist dəyərlərə üstünlük verir:
“Biz bilirik ki, İlham Əliyevin idarəçiliyi dövründə dəfələrlə əlamətdar günlərdə əfv fərmanları imzalanıb və çoxsaylı vətəndaşlarımız bu fərmandan yararlanıb. Şübhəsiz ki, sonrakı mərhələlərdə onların Azərbaycan cəmiyyətinə qazandırılması prosesi hər zaman uğurlu olub. Bütün müraciətlər ölkə başçısı tərəfindən diqqətlə araşdırılır. Hüquq heç də cəza vermək institutu deyil, həm də çəkindirmə və tərbiyələndirmə vasitəsidir. Ona görə də, düşünürəm ki, ictimai fəal Bəxtiyar Hacıyevin də müraciəti diqqətlə araşdırılacaq”.
H.Babaoğlu deyib ki, əgər ortada ictimai təhdid və təhlükə yaratmayan hər hansı bir ciddi səbəb yoxdursa və ya humanitar hüququn tətbiqi prosesində müvafiq prosedur qaydaları uyğundursa, o zaman Bəxtiyar Hacıyev əfv edilə bilər:
“Nəticə etibarilə Azərbaycan dövlətinin məqsədi hər bir vətəndaşı bu və ya digər səhvlərinə, hüquq pozuntularına görə cəzalandırmaq deyil, tam əksinə, cəza institutunu bir vasitə kimi tətbiq edərək, onu şəxsiyyət kimi cəmiyyətə qazandırmaqdan ibarətdir. Əminəm ki, hüquqi mexanizmə sadiq qalaraq, Bəxtiyar Hacıyevlə bağlı uyğun addım atıla bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar