Xəbər lenti
Şəhid anasını aldatdığı iddia edilən şəxs kimdir?
Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı aldadaraq, 200 manat pulunu aldığı iddia edilən şəxsin kimliyi bəlli olub.
Manevr.az xəbər verir ki, bu barədə dosent Zaur Əliyev məlumat yayıb.
O bildirib ki, Bəxtiyar adlı şəxsin ağdamlı olduğu haqda məlumatdan sonra (Zaur Əliyev özü ağdamlıdır – red.) araşdırma aparıb:
“Şəhid anasının iddia etdiyi kimi, çəkiliş adı ilə 200 manat pul alan adamın adı Bəxtiyar Sadayoğludur. Onunla danışdım və haqqında hər şeyi öyrəndim.
B.Sadayoğlu Xocalının Kosalar kəndində anadan olub, ağdamlı deyil. Əvvələr molla olub, sonradan peşəsini ataraq jurnalistliyə başlayıb. Gəncə tərəfdə Hacı Məlikli qəsəbəsində yaşayıb. İddia edir ki, şəhid anasına çəkiliş yox, jurnalda çap söz vermişəm. O, 14 jurnal verdiyini bildirdi, şəhid anası isə deyir ki, cəmi 6 jurnal verib, onun yalnız biri oğlu haqqındadır. Bəxtiyar deyir ki, jurnalları qaytarsın, pulu verim.
Bir tərəf deyir ki, 200 manat pulu jurnal üçün almışam, ailə isə ATV kanalında çəkiliş üçün aldığını bildirir.
Bəxtiyar iddia edir ki, guya onu Tovuz şəhərində çəkiliş etdiyi üçün şəhid ailəsi adından istifadə edirlər. Şəhid ailəsi, Amana xanım kasıb ailədir. Yeganə oğlu Qarabağ uğrunda şəhid olub.
Hər halda dövlətimizin polisi ədalətli yanaşacaq, əsl həqiqət üzə çıxacaq”.
Qeyd edək ki, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu adının Bəxtiyar olduğunu deyən və özünü Ağdam qaçqını kimi təqdim edən şəxsin Tovuz rayonunda şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı televiziyadan çəkiliş göndərmək adıyla aldadaraq, 200 manat aldığı haqda məlumat yaymışdı.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar