Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

“Əmimin 6 arvadı vardı, bir də xəbər tutdu ki, biri ərə gedib…” – Hacı Qalib

Tarix: 23-03-2023 17:18     Baxış: 3483 A- / A+
“Əmimin 6 arvadı vardı, bir də xəbər tutdu ki, biri ərə gedib…” – Hacı Qalib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadənin altı arvadı olan ərəbə qızıl mədənlərinə sahib olduğunu biləndən sonra “sən hələ az arvad almısan" deməsi müzakirəyə səbəb olub. Qalib Salahzadə çoxarvadlılığın tərəfdarı olmasına görə tənqid edilir.
 
Manevr.az xəbər verir ki, Qalib Salahzadə pravda.az-açıqlamasında məsələyə aydınlıq gətirib.
 
“Peyğəmbərimiz deməyib ki, dörd arvad al. Deyib ki, dörd arvad ala bilərsən. Bəzi kişilər heç bir arvadı saxlaya bilmir, ona necə deyəsən ki, dörd arvad al, saxla?  Arvadla kişi həmyaşıd olanda kişi çox vaxt arvada nisbətən cavan qalır. Belə olanda arvad kişinin əl-ayağını yuya, ona lazımi dərəcədə diqqət göstərə bilmir. Buna görə də Peyğəmbərimiz məsləhət bilib ki, imkanın varsa, arvadların hamısını eyni gözlə görə bilirsənsə, lap dörd arvad al. Yəni şəriət buna icazə verir. Mən özümdən Amerika kəşf etmirəm axı. Deyə bilmərəm ki, belə şey olar, ya olmaz. Peyğəmbər necə deyibsə, müsəlman özünü o cür idarə etməlidir”.
 
O, daha sonra əmisinin timsalında bir nümunə göstərib: 
 
“Rəhmətə gedən əmim var, mənimlə həmyaşıd idi. Altı arvadı var idi. Arvadın birinin rəsmi nikahı yox idi, amma molladan kəbini var idi. Əmim altı ay sonra xəbər tutdu ki, arvadın biri ərə gedib. Belə arvad saxlamağa nə var ki? Axı şəriət bu cür buyurmayıb…”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar