Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

"TikTok" istifadəçilərinə yenilik

Tarix: 19-03-2023 10:05     Baxış: 3246 A- / A+

"Instagram", "TikTok", "Facebook" və bütün digər sosial media platformaları alqoritmləri ilə istifadəçilərini maraqlandıracaq məzmun təklif etməyi qarşısına məqsəd qoymuşdur.
Manevr.az xəbər verir ki, ancaq bəzən tətbiqdən istifadə tərziniz və ya telefonunuzu dostunuza verdiyiniz 10 dəqiqəlik vaxt alqoritmi sözün əsl mənasında alt-üst edə bilər və yayımınız sizi maraqlandırmayan onlarla məzmunla doldurula bilər.
"TikTok" rəsmiləri isə bu problemə həll yolu tapmaq və istifadəçilərin hər dəfə yeni hesab açmasını əngəlləmək üçün "Yenilə" funksiyasını istifadəyə verib. Bu funksiya ilə istifadəçilər istədikləri zaman alqoritmlərini sıfırlaya biləcəklər.

İzlədiklərinizə və profilinizə bu sıfırlama təsir etməyəcək.
"Yenilə" adlı bu yeni funksiya sayəsində istifadəçilər "TikTok"un parametrlər bölməsinə daxil olaraq "Sizin üçün yenilə nişanı" seçimini etdikdən sonra alqoritmdə saxladıqları məlumatları sıfırlaya biləcəklər. Bununla belə, xatırladaq ki, bu funksiya yalnız "TikTok"da "Sizin üçün yenilə nişanı" bölməsini sıfırlayır və izlədiklərinizi, profilinizi və məzmun seçimlərinizi dəyişməyəcək.
Həmçinin, rəsmilər bildirirlər ki, bu sıfırlamadan sonra onu geri qaytara bilməyəcəksiniz.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar