Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

491 nəfərin əlillik təyinatı ləğv edilib

Tarix: 17-03-2023 11:37     Baxış: 3445 A- / A+

2022-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin əlillik təyinatı ləğv edilib.
Manevr.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd olunub ki, həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb. Bu kimi halların qarşısının alınması məqsədilə monitorinqlər davam etdirilir.
Qeyd olunan faktların araşdırılması zamanı müəyyən edilmiş hallar üzrə ötən dövr ərzində toplanmış materiallar hüquqi qiymətin verilməsi məqsədilə Respublika Baş Prokurorluğuna təqdim edilib. Toplanmış materiallar üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını talama cinayətlərinin tərkib əlamətləri müəyyən edildiyindən faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar