Xəbər lenti
Polşada Rusiya casus şəbəkəsi ifşa edildi - 9 nəfər
Polşa Daxili təhlükəsizlik agentliyi (ABW) Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 9 nəfəri saxlayıb və onlardan 6-sı məhkəmə tərəfindən həbs edilib.
"Polsat News” xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib.
Kaminskinin sözlərinə görə, şübhəlilər Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Polşaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirib və Rusiya kəşfiyyatının maraqlarına uyğun təxribat aktları hazırlayıblar.
"Saxlanılanlar şərq sərhədindən gələn əcnəbilərdir”, - xüsusi xidmət orqanlarının işini koordinasiya edən nazir bildirib.
"Məhkəmə onlardan 6-sı barəsində müvəqqəti həbs qərarı verib. Prokurorluq Rusiyaya casusluq və mütəşəkkil cinayətkar qruplaşmada iştirak ittihamı irəli sürüb", - Kaminski bildirib.
Dünən saxlanılan 3 nəfərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Dəlillər göstərir ki, qrup dəmir yolu marşrutlarının monitorinqi ilə məşğul olub. Onun vəzifələrinə Ukrayna adından həyata keçirilən silahların ötürülməsini müəyyənləşdirmək, monitorinq etmək və sənədləşdirmək daxildir", - Kaminski bildirib.
Onun sözlərinə görə, şübhəlilər həm də Ukraynaya texnika, silah və yardımın çatdırılmasını iflic etməyə yönəlmiş təxribat aksiyalarına hazırlaşırmış.
ABW əməkdaşları Ukraynaya humanitar yardım göndərilərkən quraşdırılmalı olan kameralar, elektron avadanlıqlar və GPS ötürücüləri ələ keçiriblər.
"Qrupa həmçinin Polşa-Ukrayna münasibətlərinin sabitliyini pozmağa, Polşada NATO ölkələrinə qarşı düşmənçilik əhval-ruhiyyəsini qızışdırmağa və Polşa hökumətinin Ukraynaya qarşı siyasətinə zərbə vurmağa yönəlmiş təbliğat fəaliyyəti həyata keçirmək tapşırılıb”, - nazir deyib.
Onun sözlərinə görə, rusların qrup üzvlərinə fəaliyyətlərinə görə qonorar ödədiyinə dair sübutlar var.
"ABW-də şübhəlilərin Rusiya xüsusi xidmət orqanlarından davamlı olaraq pul aldığına dair sübutlar var", - Kaminski bildirib.
O əlavə edib ki, istintaq davam edir. Onun sözlərinə görə, indiki vəziyyətdə informasiya "ciddi şəkildə dozalanmalıdır”.
"Hazırda xidmət və prokurorluq orqanlarının əməliyyat tədbirləri davam etdirilir. Çərşənbə günü saxlanılan daha 3 nəfərin işi yaxın vaxtlarda məhkəməyə veriləcək və onlar da həbs olunacaqlar", - nazir bildirib.
Bundan əvvəl Polşa baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşlarının ölkədə Rusiyanın xeyrinə fəaliyyət göstərən casus şəbəkəsini aşkar etdiyini təsdiqləyib.(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar