Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Hadrut və Tuğa qayıdış bu tarixdə baş tutacaq

Tarix: 16-03-2023 15:46     Baxış: 3198 A- / A+


Hadrut və Tuğa qayıdış bu tarixdə baş tutacaq
Qarabağ iqtisadi rayonunda - Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra layihələndirmə işləri yekunlaşma mərhələsindədir.
 
Manevr.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
 
“Bu ilin sonuna Füzuli şəhərinin ilk yaşayış məhəlləsi yekunlaşmalıdır. Orada sürətlə işlər davam edir. Eyni zamanda, bu il Ağdam rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan həm birinci, həm ikinci yaşayış məhəllələri, həm də Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində bərpa quruculuq işlərinə başlanılacaq”, - Prezidentin xüsusi nümayəndəsi deyib.
 
Emin Hüseynov qeyd edib ki, Füzuli rayonunda Pirəhmədli, Dədəli və ikinci ağıllı kəndi olan Dövlətyarlı kəndində bərpa prosesinə bu ilin sentyabr ayında start veriləcək. Bu proseslər öz qrafikinə uyğun olaraq vaxtı-vaxtında təhvil veriləcək.
 
Emin Hüseynov onu da qeyd edib ki, gələn il Ağdam rayonunun 3 kəndi, eyni zamanda, Hadrut qəsəbəsi və Tuğ kəndindəki yaşayış məntəqələrinə köç reallaşacaq.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar