Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rektordan Hacı Şahinlə bağlı AÇIQLAMA: "Ruhunun bundan şad olacağını düşünmürəm”

Tarix: 15-03-2023 15:11     Baxış: 4226 A- / A+
Rektordan Hacı Şahinlə bağlı AÇIQLAMA:
"Hacı Şahin ölkəmizin tanınmış din xadimərindən biri idi. Ölkəmizdə çox sayda insanın onun ölümündən kədərlənməsi Hacı Şahinin camaat arasındakı hörmətini göstərir. Onu tanıyan bir insan olaraq deyə bilərəm ki, təvazökar bir insan idi. Allahdan ona rəhmət, yaxınlarına səbir diləyirəm". 
 
Manevr.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov deyib. Rektor bəzi insanların günlərlə onun məzarı ətrafında gecələməsinə də münasibət bildirib:
 
"Dinimizdə vəfat edəni hörmətlə yola salırıq. Dinimizə görə, bir möminin digər mömin qarşısında vəzifələrindən biri onun cənazəsində iştirak etməkdir. Əsas da cənazə namazında iştirak etmək lazımdır. Burada da ifratçılıqdan çəkinmək lazımdır. Vəfat edənə ehtiram əlaməti olaraq, qəbir ziyarətləri də mümkün qədər səssiz və dini qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bəzi hədis mənbələrində qəbir ziyarətində “ixlas”, “qədr”  və digər surələri oxumaq, həmçinin qadağa olmamaqla birlikdə gecə vaxtı qəbirləri ziyarət etməmək tövsiyə olunub. Məsələn, Qütbəddin Ravəndinin “Dəavat” adlı əsərində qeyd olunur ki, Peyğəmbərimiz (s) məşhur səhabə Əbu Zər əl-Qiffariyə qəbirləri gecə vaxtı ziyarət etməməsini tövsiyə edib". 
 
A.Şirinov bəzi insanların Hacı Şahinin qəbrinin ziyarətgaha çevriliməsiylə bağlı səsləndirdiyi təkliflərə də münasibət bildirib:
 
"Hacı Şahini tanıyan bir insan olaraq deyə bilərəm ki, qəbrinin ziyarətgaha çevrilməsini özü də istəməzdi. Hətta yaxın dostları vurğulayır ki, sağkən “Mənə çox bağlanmayın” ifadəsini işlədirdi. O, təvazökar insan idi. Onun ruhunun bundan şad olacağını düşünmürəm. Bəlkə, yeni vəfat etdiyi üçün belə ideyalar irəli sürülür. Mərhumun ruhuna hörmət göstərmək və sağkən sevmədiyi əməlləri vəfat etdikdən sonra onun qəbri başında etməmək lazımdır. Dinimiz bütün məsələlərdə ifratçılıqdan uzaq durmağı buyurur". 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar