Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

İnsanovun partiyasından müxalifətə birlik çağırışı - ŞƏRTLƏR

Tarix: 14-03-2023 12:29     Baxış: 3409 A- / A+

"Biz HƏP olaraq zaman-zaman bəyan etmişik ki, digər partiyalarla əməkdaşlıq üçün qapılarımız açıqdır. Təşəbbüslər olarsa, dəyərləndirməkdə maraqlıyıq”. 

Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Haqq Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli "HƏP müxalifətin əsas partiyasına çevirilirmi” sualına aydınlıq gətirərkən deyib. 

O, hər bir qərarın millətin xeyrinə olacağını vurğulayb: "Əməkdaşlıq haqda müəyyən təşəbbüslər var. Real nəticələr olacağı təqdirdə cəmiyyəti hökmən məlumatlandıracağıq. HƏP quruculuq işləri ilə məşğuldur. Azərbaycanı idarə etməyə hazır olan bir partiya qurmaq niyyətindəyik. İşlərimiz normal gedir. HƏP intelektual partiyadır və iddiamız da bu istiqamətdədir”.

Zəlimxan Məmmədli deyib ki, əgər HƏP-ə gələcəkdə müraciətlər olarsa, ona partiyanın rəhbər orqanlarında baxılıb, milli maraqlarımıza uyğun qərarlar veriləcək. 
Qeyd edək ki, Əli İnsanovun partiyasının üzvlərinin sayını artırmaqla yanaşı, yeni qanunun tələblərinə cavab verməyən partiyalara elçi göndərərək, onları HƏP-ə birləşməyə dəvət edib. Sabiq nazirin birləşmək təklifində partiya sədrlərinə HƏP-in rəhbərliyində təmsilçilik məsələsi də yer alıb.
 
Bildirilir ki, artıq bəzi partiyalar İnsanovun təklifi ilə razılaşıb. Bu sırada Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) da adı çəkilir. Məlumat üçün deyək ki, bir müddət əvvəl ANAP sədri Abutalıb Səmədov partiyanın fəaliyyətinin dayandırdığını bəyan edib.
 
İddiaya görə, Əli İnsanovun partiyası ətrafında birləşmə prosesi bitdikdən sonra HƏP YAP-a alternativ siyasi təşkilat kimi qələmə veriləcək. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar