Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni ekspert bu azərbaycanlı qadını unuda bilmir - Səbəb

Tarix: 11-03-2023 13:43     Baxış: 3265 A- / A+


Biz Qarabağ müharibəsindən əvvəl tez-tez Gorusdan Laçına gedərdik. Martın 8-də Anna Akopyanın erməni qadınları alçaltmaq cəhdindən sonra azərbaycanlılarla bağlı şahidi olduğum bir əhvalatı bölüşmək istərdim.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri erməni ekspert Hasmik Babacanyan deyib.
“Azərbaycan rayonlarından birində kişilər dava etdilər. Dalaşanlar tamamilə qan içində idilər. Necə deyərlər, qan su yerinə axırdı. Hadisə yerinə dərhal polis və təcili yardım briqadası gəldi. Lakin polisin gəlişi də dava edənləri dayandıra bilmədi. Qəflətən bir azərbaycanlı qadın gəldi və qorxmadan dalaşanlara yaxınlaşaraq başından kəlağayısını açıb yerə atdı (Heç vaxt belə bir şey görməmişdim).
Sehrli filmlərdəki kimi dərhal mübahisə dayandı. Kişilər üz və bədənlərindəki qanı təmizləyib, təcili yardım avtomobili ilə xəstəxanaya getdilər.
Qadının belə etməsinin səbəbini soruşduqda bizə dedilər ki, Azərbaycanda xanıma, anaya olan hörmət əlamətidir. Ana başındakı kəlağayını kişilərin önünə atırsa, mübahisə dayandırılır. Azərbaycanda ananın belə hörməti, şərəfi var”, – Babacanyan bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan 8 Mart təbrik mesajında “Mən heç vaxt xoşbəxt erməni qadını görməmişəm. Bizə əsrlər boyu öyrədilib ki, xoşbəxtlik fahişələrin işidir” deyib. Onun bu sözləri erməni qadınlarına təhqir hesab edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar