Xəbər lenti
"İngilis dili hər kəs üçün əlçatandır!" layihəsi uğurla başa çatıb -ŞƏKİLLƏR

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ölməz Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tovuz rayon İcra hakimiyyəti Aşağı Quşçu kənd İnzibati Ərazi Dairəsi nümayəndəsinin, rayon təhsil ictimaiyyətinin nümayəndələrinin, Şəhid ailələrinin, layihə komandasının və layihə iştirakçısı olan məktəblilərin və valideynlərin iştirak etdiyi tədbirdə layihə rəhbəri Leyla Məmmədova təhsil sahəsinə göstərilən dövlət qayğısından, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Qrant müsabiqələrinin təhsilin inkişafına müsbət təsirlərindən danışıb, donor təşkilat və layihə barədə ətraflı məlumat verib, layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə hesabat çıxışı edib. Layihənin uğurla başa çatmasına, layihənin icrası müddətində göstərilən təşkilatı dəstəyə görə RTİ və məktəb rəhbərliyinə layihə komandasına, layihə iştirakçısı olan şagirdlərə və valideynlərə təşəkkürünü bildirib.
Layihənin eksperti, koordinatoru və təlimçi tərəfindən layihə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərin əhəmiyyətindən söz açılıb. Qeyd edilib ki, Layihə çərçivəsində Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində 4 aylıq İngilis dili kursu təşkil olunub. Kursda şəhid və qazi ailələrinin üzvləri, yaxınları, həmçinin sosial təminatı aşağı olan ailələrdən olan 15 şagirdə dinləyib-anlama, danışma, oxu, yazı bacarıqlarının inkişaf etdirilməsi öyrədilib. İngilis dili kursunun fəaliyyət planına uyğun olaraq müdavimlərə "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri üzrə müvafiq bilik və bacarıqlar öyrədilib. Ardınca layihə iştirakçıları yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə təşəkkürlərini bildiriblər. Sonda İngilis dili kursunu uğurla bitirən müdavimlərə sertifikatlar təqdim olunub.













Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar