Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xeyirxah şəcərənin davamçısı Xalid Quliyev

Tarix: 09-03-2023 14:18     Baxış: 3241 A- / A+
                                Xalid Quliyev
 
Dünən qadınların günü idi. Hər gün sevgiyə, nəvazişə, xoş sözə və dnyanın bütün gözəlliklərinə layiq qadınların. Hardasa gözüyolda qalan, bir kəlmə şirin sözə, bir isti nəfəsə ehtiyacı olan qadınların. Evlərimizin işığı, səliqəsi, həyatımızın sahmanı, ruhumuzun dirilik səbəbi, sevinc ünvanımız, təbəssüm qaynağı qadınların. Şəninə nə qədər mübarək ifadələr, şeirlər, sevgiyə bürünmüş sözlər söyləsək də yenə onların – qadınların tərifini verməyə yetməyəcək. O qədər böyük, o qədər uca, o qədər dəyərli ki, qadın Tanrı ana olmaq səadətini məhz onlara bəxş edib...

Dünən qadınların günü idi. Bəlkə hardasa unudulan, hədiyyəsiz qalan qadın da oldu. Hansı ki, bircə kəlmə xoş söz onun üçün dnyanın ən gözəl hədiyyəsi ola bilərdi. Əminəm ki, bayramı səszizcə, qayğı və problemlərin  sıxdığı ürəyini saran ağrının müşaiəti ilə adi gün kimi keçirən qadın da oldu. Mütləq oldu! Axı bütün qadınların ailəsi, qohum-qardaşı, sevgilisi, atası, övladı yoxdu. Əslində bu yazını mövzu olaraq  başqa xarakterdə, başqa məğzdə səciyyələndirməyə çalışırdım. Amma cümlələr arasından boylanan kimsəsiz(fiziki və mənəvi) qadınların rəsmi fikrimi səyritdi... 

Dünən qadınların günü idi. Yəqin ki, bütün özəl  şirkətlərdə və dövlət qurumlarında, müəssisələrdə, idarə və təşkilatlarda qadınlar təbrik olundu, hədiyyələr təqdim edildi. Gözümüzün öyrəşdiyi bir tendensiya vardı illərdi. Əsasən ofis və idarədə çalışan qadınlara diqqət göstərilir, təbrik edilirdi. Bir neçə ildi bu tendensiya aradan qaldırılmış kimi görünür. Belə ki, artıq bütün işçi qadınların bayram günü diqqətdən kənarda qalmadığının şahidi oluruq.
İllərdir çalışdığım müəssisədə də dünən bir ilk olub. Xatırlayıram ki, əvvəlki müəssisə rəhbərləri həmişə sırf idarədə çalışan qadınları bayram günü akt zalına toplayıb təbrik edər, hədiyyələr təqdim edərdi. Bu il tam fərqli ab-hava, tam fərqli yanaşma oldu. İdarənin yeni (zaman baxımından bir ildən artıq vaxt müddətinə görə tam yeni sayılmasa da)rəisi təkcə idarədə çalışan qadınları təbrik etməklə kifayətlənmədi. Xalid məllim eyni zamanda,  müəssisənin nəzdində fəaliyyət göstərən ayrı-ayrı sex və sahələrə baş çəkib qadınları təbrik etməklə, onlara sevinc bəxş etdi. Yeni rəisimizin bu addımı həqiqətən bir yenilik oldu. Diqqət, qayğı vəzifəsindən asılı olmayaraq bütün qadınların haqqıdır. Təbii ki, şirkət bu ayrı-seçkiliyi etmir və hər il məyyən  məbləğlə maaş kartlarımızı “sevindirir”. Hədiyyənin böyüyü kiçiyi olmaz. Əsas olan diqqətdən kənarda qalmamaqdır.
Gələk alicənab hərəkəti ilə dünən onlarla qadının könlünü sevindirən Xalid məllimə.
Söhbət “Azərsu” ASC –nin “Sumqayıt Sukanal” İdarəsinin rəisi Xalid Quliyevdən gedir. Əsilzadəlik, xeyirxahlıq gendən gələn bir nəsnədir. Şəcərənin gen yaddaşı ilə nəsildən nəsilə ötürülən keyfiyyətlər qan bağı qədər qırılmazdır. Xalid müəllim Şərqi Zəngəzurun Qubadlı adlanan o mübarək torpağında kök salmış adlı-sanlı  bir nəslin nümayəndəsidir. Gənc olmasına baxmayaraq, o, ağayana davranışı, ağır təbiəti və əlbəttə ki, dinləmək, anlamaq (əksər məmurlardan fərqli olaraq) qabiliyyəti ilə çoxdan ağsaqqal titulu qazanıb. İnanmıram ki, hansısa işçi onun qapısını döysün, kömək istəsin və Xalid müəllim onu qəbul eməkdən imtina etsin. Özünün dediyi kimi, adam yaxşılıq etmək missiyasındadır. Səlahiyyət onu insan olmaqdan, xeyirxahlıq amalından yayındıra bilməyib və inanıram ki, heç vaxt yayındıra bilməyəcək. Bundan əvvəl çalışdığı, məyyən məsul vəzifə sahibi olduğu idarədən də xoş sorağı gəlir Xalid müəllimin. 
Hörmət qazanılır, nüfuzlu olmaq da an məsələsi deyil. Demək ki, o mövqeyə çatmaq üçün əziyyətlər çəkilir, əməllər sınaqdan keçirilir. Çalışmaq, məsuliyyətini dərk etmək və nəticəyə varmaq müsbətlərin toplumudur. Tanıyanlar bilir ki, mənim üçün şəxsiyyət, dəyər anlayışı vəzifə, mövqe mərtəbəsini  üstələyir. Doğrudur, zamanında işimdə yaranmış çətinliklə bağlı mən də Xalid müəllimin dəstəyindən yararlanmışam. Elə zamanında da ədalətli qərarına görə təşəkkürümü bildirmişəm. İndi də dünən sərgilədiyi  alicənab davranışa görə təşəkkür etmək, çox sağ olun demək keçdi ürəyimdən. Ürəyimi dinləməsəm, duyğularıma xəyanət etmiş olacaqdım. Odur ki, yazmaq qərarına gəldim. Əslində mən səhhətimdəki problemlə bağlı bir mddətdir işə gedə bilmirəm. Və təbii ki, dünənki tədbirdə yox idim. Amma gözlərimlə görmüş kimi oldum qadınların sevincini, minnətdarlıqla dolu gözlərini. Sayılmaq, var olduğunu hiss etmək, diqqət görmək, dəyərlilik hiss etdirir qadına və yəqin ki, bütün insanlara. Dünən müəssisənin sex və sahələrində çalışan qadınların statuslarında paylaşdığı şəkillər onların sevinclərinin, dəyərlilik hissinin təzahürü idi. Görüşü, təbrik anını əks edirən şəkillər çox şey deyirdi. Və mən bunu görməyə bilməzdim. Görüb duyğulanmamaq da mümkün deyildi. Anın təəssüratını, hisslərini qələmə almamaq isə insafsızlıq olardı. Bir könül ziyarəti, min həcc ziyarətinə bərabərdir deyir Mövlanə. Bəlkə tam dəqiqliklə yazmadım fikri. Amma mahiyyət etibarı ilə mənanın dərk ediləcəyi  kimi ifadə etdim. Açması o ki, bu ilah sözünün könül sevindirən kəs həccə getmiş kimidir. Və ilk dediyim bu addım əslində dünənki bayramla əlaqəli idi. Bundan əvvəl də Xalid müəllimin xeyirxah əməlinin şahidi olmuşuq mən və bütün kollektiv. Qurban bayramında da eyni savabı yazdırmışdı mələklərinə. Yaxşıları, yaxşılıqları deməkdən, yazmaqdan çəkinməyək. Örnək olası əməlləri işıqlandırmaq işığı söz olmaqdan çıxarıb aydınlıq missiyasına yönəldər. Xalid müəllimə məsuliyyətli və çətin işində uğurlar və yorulmazlıq diləyirəm. Vicdan bütün savablara açardır, daha çox savab yazılsın ömür dəftərinə. Könlünün sevgi, xeyirxahlıq işığı yollarına nur körpüsü olsun.






 







Sevinc Qərib
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar