Ali Antikorrupsiya Məhkəməsi “Ukrlandfarming” kənd təsərrüfatı holdinqinin sahibi Oleq Baxmatyuku Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirova və onun müşavirinə rüşvət vermə işi üzrə qiyabi həbs edib.
Ukrayna KİV-i bildirir ki, bu barədə Ali Antikorrupsiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
- 2023-cü il martın 7-də Ali Antikorrupsiya Məhkəməsinin müstəntiq-hakimi Ukrayna Milli Antikorrupsiya Bürosu əməliyyatçılarının vəsatəti əsasında prokuroru tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı təsərrüfatlarından birinin sahibi barəsində həbs-qətimkan tədbiri seçib. O, öz maraqları naminə Dövlət Fiskal Xidmətinin keçmiş sədrinə 722 milyon qrivana (20 min dollardan çox) məbləğində rüşvət verib. O tutularaq ibtidai istintaq yerinə çatdırıldıqdan sonra müstəntiq-hakim həbs-qətimkan tədbirinin tətbiqi barədə qərar verəcək”, - məlumatda vurğulanır.
Digər məlumata görə, 2015-2016-cı illər ərzində Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri kənd təsərrüfatı holdinqinin sahibinin nəzarətində olan hüquqi şəxslərə 86 milyon dollardan ƏDV-nin geri qaytarılması ilə bağlı hərəkətlərə görə 20 min dollardan çox qanunsuz pul alıb.
Fevralın əvvəlində Ukrayna Milli Antikorrupsiya Bürosu və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirov və onun müşaviri ilə bağlı araşdırmanı başa çatdırıb. Onlar 5,5 milyon dollar almaqda və kənd təsərrüfatı holdinq şirkətlərinə ƏDV-nin qaytarılması üçün 21 milyon avrodan çox qeyri-qanuni güzəştlərdə şübhəli bilinirlər.
2022-ci ilin oktyabrında onun müşaviri Nəsirova, onun müşavirinə və “Ukrlandfarming” kənd təsərrüfatı holdinqinin sahibi Oleq Baxmatyuka ƏDV-nin geri qaytarılması işində şübhə olduğu barədə məlumat verilib. Daha sonra Nəsirov barəsində 523,2 milyon UAH məbləğində girov qoymaq alternativi ilə dekabrın 17-dək həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar