Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda kişilər qadınlardan bu qədər çox qazanır

Tarix: 08-03-2023 16:33     Baxış: 3211 A- / A+
Azərbaycanda kişilər qadınlardan orta hesabla 35,2% çox qazanır.

Manevr.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl və Avropa İttifaqının (Aİ) yerli nümayəndəliyinin rəhbəri Peter Mixalkonun 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı birgə yaydığı bəyanatda bildirilir.
Sənədə əsasən, bu, Avropa və Mərkəzi Asiyada qeydə alınmış ən kəskin fərqlərdən biridir.
“Azərbaycanın əmək bazarında kişilərin və qadınların məşğulluq göstəricilərini mütləq nisbətdə müqayisə etdikdə kiçik gender boşluqları olsa da, onların harada və nə işlə məşğul olmaları arasında kəskin fərq var. Qadınlar daha az maaşlı sahələrdə məsələn, səhiyyə və təhsildə işləməyə meyllidir, kişilər isə nəqliyyat və anbar xidmətləri, enerji və yaxud tikinti kimi daha yüksək maaşlı sahələrdə üstünlük təşkil edirlər”, - deyə bəyanatda qeyd olunub.
Səfirlər hesab edir ki, hüquqi məhdudiyyətlərlə daha da dərinləşən bu iş yeri seqreqasiyası Azərbaycanda gender maaşlarının yüksək fərqinə səbəb olur: “Son vaxtlara qədər Azərbaycanda qadınların iqtisadiyyatın bir çox sahələrində – nəqliyyatdan energetikaya, kənd təsərrüfatına kimi 674 işdə işləməsinə icazə verilməyib.
Məsələn, qadınlar nə asfalt çəkə, nə qatar mühəndisi işləyə, nə də 14 oturacaqdan çox şəhər avtobusunu idarə edə bilməyiblər. Qadınlara yeraltı işlərdə işləmək, potensial təhlükəli işlərə və ağır fiziki əməyə cəlb olunmaq üçün qanunla qadağan edilmişdi. Keçmiş Sovet İttifaqından miras qalmış bu məhdudiyyətlər, ehtimal ki, qadınların sağlamlığını qorumaq məqsədi daşıyırdı, lakin hər bir iş riskin qiymətləndirilməsinə əsaslanmamalıdır. Üstəlik, son onilliklərdə texnologiyadakı irəliləyişlər, işin təbiətindəki və peşə sağlamlığı şəraitindəki dəyişikliklər nəzərə alınmalıdır.
2022-ci ilin noyabrında Azərbaycan qadınların məşğulluğuna qoyulan bu iş məhdudiyyətlərini ləğv etdi, Dünya Bankı ilə birlikdə bu rolların qadınların sağlamlığı üçün heç bir xüsusi təhlükə yaratmadığını nümayiş etdirdi. Geniş miqyaslı məhdudiyyətlər əvəzinə, yeni qaydalar müəyyən işlərə sağlamlıq riskinə əsaslanan yanaşmanı qəbul edir. Bu müsbət inkişaf bütövlükdə iqtisadiyyata və cəmiyyətə fayda verəcək, təkcə qadınlara deyil, hamıya qazanc gətirə bilər”.publika.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar