Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

23 dollara görə 14 il mağarada yaşadı - Şəkillər

Tarix: 03-03-2023 23:18     Baxış: 4256 A- / A+
23 dollara görə 14 il mağarada yaşadı - FOTOYanacaqdoldurma məntəqəsindən 23 dollar məbləğində pul oğurlayan Çin sakini 14 il dağda mağarada gizlənib, ancaq onun əzabı bununla bitməyib.

Məlumata görə, Liu Moufu yanacaqdoldurma məntəqəsini iki şəriki ilə qarət edib. Həmin vaxt kassada cəmi 23 dollara yaxın pul olub. Bununla belə, axtarışlar başlanıb və tezliklə polis çinlinin ortaqlarını taparaq onları həbs edib. Həmin vaxt təxminən 30 yaşında olan Moufu isə qaçmağa qərar verib.

Polis onun ailəsini dindirərkən və evində axtarış apararkən Liu günlərlə meşədə gizlənib, nəhayət dağda mağarada məskunlaşıb. O, ovla və giləmeyvə toplamaqla məşğul olub, bəzən kartof, ət götürmək və bir neçə dəqiqə valideynlərini görmək üçün kəndə qayıdıb.

Liunun ailəsi dəfələrlə ondan hakimiyyət orqanlarına təslim olmasını xahiş etsə də, kişi bundan imtina edib. Yalnız bu il o, səfilə çevrildiyini və artıq belə yaşaya bilməyəcəyini anlayıb, belə ki, bu 14 il ərzində atasının yas mərasimini buraxmaq məcburiyyətində qalıb, oğlunun toyunda iştirak edə bilməyib, nəvəsini isə ümumiyyətlə görməyib.

Moufu özü polisi mağaraya aparıb və könüllü olaraq təslim olub.

Liu hazırda nəzarət altındadır və onu 10 ilə qədər həbs gözləyir. big.az

Manevr.az 


23 dollara görə 14 il mağarada yaşadı - FOTO23 dollara görə 14 il mağarada yaşadı - FOTO23 dollara görə 14 il mağarada yaşadı - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar