Xəbər lenti
Rusiyalı milyarderin gözlənməz xəbərdarlığı – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyi rusiyalı milyarder Oleq Deripaskanın xəbərdarlıq dolu çıxışını şərh edib. Manevr.az novator.az-a istinadla həmin şərhi oxucuların diqqətinə çatdırır.Rusiyalı milyarder Oleq Deripaska xəbərdarlıq edib: 2024-cü ildə Rusiyanın xəzinəsi tükənə, pulu qurtara bilər.
Milyarder bildirib ki, sanksiyalar altına düşmüş Rusiyaya öz iqtisadiyyatını xilas edə bilmək üçün “dost ölkələrin” investisiya yatırması gərəkdir.
Martın 2-də Sibirin inkişafı mövzusuna həsr olunmuş XIX Krasnoyarsk İqtisadi Forumunda çıxış edən Deripaska vurğulayıb: “Artıq gələn il pul olmayacaq. Bizim xarici investorlara ehtiyacımız var. Maliyyə imkanları tükənmək üzrədir və biz artıq büdrəyirik”.
Çini çıxmaq şərtilə Deripaska dünyada ən iri alüminium istehsalı müəssisələrinə rəhbərlik edir.
Rusiyada ilk dəfədir tanınmış biznes liderləri arasında kimsə ölkənin iqtisadi perspektivi mövzusunda bu qədər açıq şəkildə bədbin proqnoz səsləndirir.
Rusiya 2022-ci ili rekord səviyyədə büdcə defisiti ilə başa vursa da, 2023-ün əvvəlinə dövlət büdcəsində hələ də kəsir qalsa da, hakimiyyət iri şirkətləri sıxmaq niyyətindən dönməyib və xəzinəni doldurmaq üçün neft şirkətləri üzərində vergiləri artırmağı, eyni zamanda digər istehsalçılardan yığımları çoxaltmağı düşünür.
2022-ci ildə Rusiyanın xərcləri qəfildən yüksəlib, istər bunu, istərsə də hərbi xərclər yükünün böyük hissəsinin dövlətin çiyninə düşdüyünü nəzərə alanda ölkənin iqtisadi perspektivi xeyli tutqun görünür.
Deripaska 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır. 2022-ci ilin fevralında Rusiya Ukraynaya total hərbi hücuma keçəndən sonra o, həm də Avropanın sanksiyaları altına düşüb.
2022-ci ildə Ukrayna müharibəsinin ilk həftələrində Deripaska iqtisadi siyasətdən söz açarkən dönə-dönə sülhə çağırış etmişdi. Ancaq sonradan o, müharibə mövzusunda daha ehtiyatlı mövqe tutmağa başladı.
Martın 2-də Krasnoyarsk forumundakı nitqi zamanı “Dövlət kapitalizmi çıxış yolu deyil” deyən Oleq Deripaska sanksiyaların Rusiya iqtisadiyyatını ciddi təzyiq altında saxladığı barədə açıq xəbərdarlıq edib. O bildirib ki, Rusiya bazar iqtisadiyyatını inkişaf etdirmək yolu ilə getməlidir, çünki xarici investor sərmayə yatırmazdan qabaq ilk növbədə Rusiya investorunun pulu necə qazandığına, ölkədə biznes mühitinin nə dərəcədə əlverişli olduğuna baxacaq.
Deripaska hesab edir ki, ciddi resurslara malik ölkələri Rusiyanın tərəfdaşına çevirmək mümkündür. Milyarderin fikrincə, hökumət Rusiyanı investorlar üçün cəlbedici vəziyyətə gətirməli, ölkədə geniş iqtisadi azadlığın, rəqabətin hökm sürdüyü qorxusuz bir işgüzar mühit yaratmalıdır.
Dünyanın ən böyük iqtisadiyyata malik ölkələrində ümumilikdə 4 milyard 500 milyon adamın yaşadığını, ümumi daxili məhsulun cəmi həcminin 30 trilyon dollar təşkil etdiyini xatırladan Deripaska qeyd edib ki, indi o dövlətlərin çoxu Rusiyaya münasibətdə mənfi ovqata köklənsə də, onların bazarlarına giriş imkanları qalır, yəni hətta belə bir vəziyyətdə də bazarın qapıları tam bağlanmayıb.
“Biz elə bilirdik Avropa ölkəsiyik” deyən Oleq Deripaska əlavə edib: “Qarşıdan gələn 25 ildə daha çox öz asiyalı keçmişimiz haqda düşünməli olacağıq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar