Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Hacı Şahin uzun illərdən bəri dəfələrlə...” – Həkim şübhələrə aydınlıq gətirdi

Tarix: 03-03-2023 09:15     Baxış: 4178 A- / A+

Hacı Şahin Həsənlinin vaxtsız və qəfil vəfatı hər kəsi sarsıtmaqla bərabər, bir çoxlarında ölümün səbəbləri ilə bağlı şübhələr yaradıb.
Deputat, Tibb elmləri doktoru, Ürək və Damar Cərrahı Rəşad Mahmudov bir neçə dəqiqə öncə sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.

Manevr.az xəbər verir ki, R.Mahmudov aşağıdakıları yazıb: “Hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər! Gec də olsa, yazmağa qərar verdim.
Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heç də "qəfil və sirli" olmamışdır. Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi həqiqətləri sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr gün-gündən artacaqdır.
Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016) dəfələrlə ürək şikayətləriylə həkimlərə müraciət edib. Hər dəfəsində də ona anjiografiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə gündüz saatlarında yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (KəskinKoronarSendrom) xəstəxanaya yatması bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə Troponin dəyəri normadan yüksək çıxıb”.
R.Mahmudov daha sonra əminliklə bildirib: “Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, genişmiqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, “gəlirəm” deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib.
Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa, bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıraraq, hər hansı bir sui-istimal və s. var isə hadisəyə aydınlıq gətirəcəkdir.
Allah rəhmət eləsin. Ailəsinə və sevənlərinə səbir diləyirəm”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar