Xəbər lenti
Eldar Həsənov, Mövlam Şıxəliyev, Cahangir Hacıyev... - Əfv siyahısında kimlərin adı var?
O əlavə edib: "Çünki heç kəs bu gün söyləyə bilməz ki, gələcəkdə Prezident imzalayacağı əfv sərəncamına kimlər düşüb, yaxud düşəcək? Son və qəti qərar ölkə başçısına aid olan bir məsələdir”.
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən ölkədə gözlənilən geniş əfv fəramnı ilə bağlı qızğın müzakirələr gedir. Bu müzakirələrdə müxtəlif ittihamlarla hazırda həbsdə olan bir sıra tanınmışların, o cümlədən eks-səfir Eldar Həsənov, keçmiş ABB sədri Cahangir Hacıyev, eks-deputat Eldəniz Səlimov, bundan başqa Vilyam Hacıyev, Alimpaşa Məmmədov və digər sabiq icra başçıları, habelə Mövlam Şıxəliyev başda olmaqla keçmiş MTN zabitlərinin məhbəsdən qurtulacağı iddiaları səslənir.
Ə. Nuriyev bu iddialarla əlaqədar qeyd edib: “Bir çox şəxslərin bu istiqamətdə arzularını eşitmişik. Bu təbiidir, həmin adamlar belə düşünə bilər. Lakin hazırda Əfv Komissiyasının iclasında konkret hansı adların müzakirə olunması haqqında məlumat heç kəs də yoxdur. Bu məlumatlar yalnız Əfv Komissiyasının üzvlərində var. Onların da konkret kiminlə bağlı müzakirələrin getməsi ilə əlaqədar açıqlama vermək hüququ yoxdur. Çünki bu, “Şəxsi məlumatların qorunması haqqında” qanunun tələblərinə zidd olardı”.
“Eyni zamanda, müzakirələrin getdiyi bir halda və son qəti qərarın cənab Prezidentə aid olduğu bir şəraitdə hər hansı bir şəxslə bağlı hansısa mülahizənin söylənməsi bütövlükdə həm müzakirələr ruhuna ciddi təsir edir, həm səlahiyyət həddini aşmaq, həm də etnik davranış qaydalarının pozulması kimi qiymətləndirilir.
Bu baxımdan, kimlərin əfv sərəncamına daxil olması ilə bağlı hər hansı bir mülahizə və fikir söyləməkdə haqlı deyilik və bu, qanunun tələblərinə ziddir”, – deyə komissiya üzvü vurğulayıb.
Ə. Nuriyev bildirib ki, yanvarın 12-dən başlayaraq Əfv Məsələləri Komissiyası öz iclaslarını keçirir:
“Bu günə qədər 8 iclas olub və mindən artıq müraciətə baxılıb, eləcə də müraciətlərlə bağlı müvafiq rəylərin hazırlanması ilə əlaqədar qərarlar qəbul olunub ki, bu da sonda cənab Prezidentə təqdim ediləcək. Bu siyahıda çox adamın adı səslənə bilər. Hər kəs sosial şəbəkələrdə öz fikrini ifadə etməkdə azaddır. Amma nəzərə alınmalıdır, ümumiyyətlə, hər hansı bir şəxsin, Əfv Komissiyasının üzvlüyündən kənar olan adamın bu barədə məlumatı yoxdur və ola da bilməz”.
“Əfv siyahısına sabiq icra başçıları, yaxud MTN generallarının adı da salına bilərmi” sualına isə Ə. Nuriyev belə cavab verib:
“Siyahıya kimlərin daxil edilməsi Prezidentin müstəsna konstitusion səlahiyyətidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar