Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Alimpaşa Məmmədov təkcə buna görə 71 min manat mənimsəyib

Tarix: 28-02-2023 20:04     Baxış: 3190 A- / A+
Alimpaşa Məmmədov təkcə buna görə 71 min manat mənimsəyibGəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib. 
Manevr.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, hakim Natiq Əliyevin sədirliyi ilə baş tutan prosesdə kommunal sahədə baş verən qanun pozuntuları ilə bağlı ifadələr dinlənilib. 
Məlum olub ki, kommunal sahədə çalışan işçilərin yaxın ətrafının adına saxta bank kartları açılıb. Hansı ki, adıçəkilən şəxslərin heç biri işə cəlb edilməyib. 
Həmin insanların adları sadəcə, formal olaraq yazılıb. Bəzi hallarda isə adlarına kart hesabı açılan şəxslər ancaq məhkəmədə bu faktı öyrənib. 
Budəfəki prosesdə 10-dan artıq şahid dindirilib. Bir çox hallarda kommunal sahədə çalışanlar üçün ayrılan geyim dəstləri, müxtəlif mal-materiallar da sadəcə, qaimələrdə göstərilib. 
Məhkəmədə Alimpaşa Məmmədov tərəfindən Mənzi-Kommunal İstismar İdarəsinin rəisi təyin edilən, hazırda isə rayon İcra Hakimiyyətində çalışan Teymur Hacıyevin və vaxtilə onun tabeliyində olan şəxslərin ifadələri də alınıb. 
Bəlli olub ki, sürücü qismində siyahıda 10 əvəzinə, 19 sürücü göstərilib. Beləliklə hər il say süni şəkildə artırılıb. Nəticə etibarı ilə təkcə bu epizod üzrə dövlət büdcəsinə 71 min manat ziyan vurulub. 
Bundan əlavə texnikaların nəzərdə tutulan ərazilərdə işləməməsi, daha dəqiq desək, Şəmkir rayonuna aid olmayan Ceyrançöl ərazisində istifadə edilməsi kimi faktlar da ortaya çıxıb. Teymur Hacıyev belə bir göstərişi hazırda İcra Hakimiyyəti başçısının köməkçisi işləyən Mahir Əliyevdən aldığını deyib. Bundan əlavə Alimpaşa Məmmədova məxsus olan “21-ci Əsr” şirkəti də kommunal sahəyə cəlb edilib. Beləliklə yanacaq və avtomobillərin ehtiyat hissələri üçün ayrılan vəsaitlər bu şirkətə yönləndirilib.  
Məhkəmə prossesi təxminən 3 saatdan artıq davam edib. Bu fakt üzrə şahidlərin dindirilməsi növbəti prsesdə də davam etdiriləcək. 
Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin (mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma,  vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.2 və təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar