Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
BÜTÜN XƏBƏRLƏR

Necə edək ki, bizi oğurlamasınlar? – Qızıl kimi tövsiyələr...

Tarix: 27-02-2023 14:29     Baxış: 4224 A- / A+


Tez-tez məşhur şəxslərin sosial şəbəkə hesablarının oğurlanması ilə bağlı məlumatlar oxuyuruq. Bəzən onların profili oğurlanaraq adlarından müxtəlif postlar yazılır, şəkillər, videolar paylaşılır.

Bəs bunlardan özümüzü necə qoruya bilərik?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı yenisabah.az-a danışan İT sahəsi üzrə ixtisaslaşmış TimeSoft şirkətinin direktoru Elvin Abbasov qeyd edib ki, hər kəs, xüsusilə məşhurlar profillərini qorumaq üçün bəzi funksiyaları aktivləşdirməlidirlər:
“Biz hər zaman tövsiyə edirik ki, şəxsi məlumatları və şifrələr ikinci tərəflə paylaşılmasın. Bu birmənalı şəkildə belə olmalıdır. İkinci addım isə profili qorumaya almaqdır. İnsanların “Facebook” profillərini daha da sığortalaması üçün müxtəlif yollar var. Məsələn, telefonla SMS təsdiq, yaxud ikili qoruma kimi gücləndirici tədbirlər orada var. Əgər həssas təbəqənin insanısınızsa, tanınmış şəxssinizsə, mütləq bu qorumalardan istifadə etməlisiniz, profilinizi maksimal dərəcədə qorumaları aktivləşdirməlisiniz. Bu, hesabınızı tamamilə güvənli formaya gətirir”.
E.Abbasov bildirib ki, əgər profil oğurlanıbsa, bu barədə mütləq aidiyyəti qurumlara rəsmi müraciət edilməlidir:
“Oğurlanan profillərə dair Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında elektron təhlükəsizlik xidməti qurumu var. Profil oğurlandıqda həmin quruma müraciət olunmalıdır.  Qurumun “Facebook”la yaxın əlaqələri var və onlara bu faktla bağlı rəsmi bildiriş olunmalıdır. Onlar bu işlə məşğul olurlar, məsələni araşdırırlar, sosial şəbəkənin əlaqəli şöbələrinə bu barədə bildirirlər. İstifadəçiyə mümkün qədər kömək etməyə çalışırlar. O ki, qaldı oğurlanmış profilin geri qaytarılmasının uzun vaxt çəkməsinə, nəzərə almaq lazımdır ki, insidentlər heç də az deyil və hadisə təkcə Azərbaycanda yox, digər ölkələrdə də baş verir. Orada müraciətlər barədə bir ardıcıllıq var və o ardıcıllığa görə, məsələlərə baxılır. Əgər məsələ tam əsaslandırılıbsa, problem öz həllini tapır”. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar