Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qartal qarğayla niyə mübarizə aparmaz... - Kəramət yazır

Tarix: 27-02-2023 11:12     Baxış: 3301 A- / A+
                
                        Kəramət              

                    "Sev, səni sevəni
                   yerlə-yeksan olsa da
                   Sevmə səni sevməyəni
                   Misirdə sultan olsa da"
Həmişə belə düşünmüşəm ki, duyğular da zamanına, məkanına, adamına görə dəyişir. Üzdə-üstdə dəyişməz kimi görünsə, göstərilsə də..
Gözəllik anlayışı da elə..hər kəsin özünə görə olduğundan "Gözəllik müsabiqəsi" öz cazibəsini itirib. Münsiflərin dəyər verdiyi boyu , beli, qaşı-gözü belə ölçüsü qəbul görmür...Hər kəsin öz tərzi, münasibəti var və zahiri effektdən, şıq geyimdən uzaqdı.
Əsasən, fikirlərin yaxınlığı, həyata baxışın uyğunluğu, heç şübhəsiz ki, yaşam şərtlərinin əlverişli olub-olmaması üzərində qurulur bu əlaqələr də..istərsəniz adına "sevgi" də deyə bilərsiz, dinc yanaşı yaşamaq..
.İndiki adam ömrünü dedi-qoduya, meşşan hərisliyə həsr etmir, bir az irəli getmiş gənclik özünü , nəinki coğrafi bağlılıqda, ədət-ənənə, mentalitet məhkumluğunda görmür, EVinin olmasını maneə kimi görür. Axı, onun "ev problemi" yoxdur, nə cismən, nə də ruhən. Cismi-ruhu ac deyil, toxdu.  ƏN ƏSASI DA GENETİK ACLIĞI YOXDUR.
Hara getsə, ev ala bilər, yaşadığı mühit ona bunu öyrədib, iki adamın işləməsi onların ev, maşın alması üçün yetərlidi. Amma bunun yerinə kirayədə qalmağı, ya da işlədiyi şirkətin luks evlərində qalmağı tərcih edirlər, sabah, ola bilsin ki, başqa ölkəyə getdilər yaşamağa, işləməyə.
YUVA HİSSİNİ, AİDİYYATI GÜCLƏNDİRƏN QORXUDUR...
"Qarğa" hardan gəldi e..düşüncəmi dimdikləyir..hə, o günləri küçüklərin zingiltisinə...dayandım..kimsə "korobkada" iki küçüyü azdırmışdı, qarğalar dimdikləyir, gözü hələ açılmayan küçüklər zingildəyirdi..qovdum qarğaları, amma getsəm, qarğalar yenə gələcək, marıtdayıb baxırlar..
10-15 dəqiqə dayandım keşikdə, ürəyimə damdığı kimi oldu, anaları gəldi...
Qarışdım izdihama, bu nə duyğudi, özümü qarğalar əhatəsində hiss edirdim, amma mən qarğaları görmürəm, heç nifrət də etmirəm, sadəcə görmürəm.
QARĞALAR GÖY ÜZÜNÜN ÇAQQALLARIDI..
Qartal qarğayla mübarizə aparmaz, qarğa qartalın belinə qonub dimdikləməyə başlar. Qartal boynunu döndərib dimdiyilə param-parça edə bilirkən...sadəcə havaya qalxar, o qədər ki, qarğanın havası çatmaz qartalın uçduğu yüksəklikdə, özünü atar...
QARTAL İSƏ HEÇ NƏ OLMAMIŞ KİMİ ƏNGİNLİKLƏRDƏ SÜZƏR, SÜZƏR... 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar