Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

200 min manata yaxın mənimsəmədə təqsirləndirilən vəkil məhkəməyə məcburi gətiriləcək

Tarix: 25-02-2023 17:21     Baxış: 4421 A- / A+

Külli miqdarda mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Manevr.az apa-ya istinadən xəbər verir ki, Sümbülə Əliyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə araşdırılır. Lakin təqsirləndirilən şəxs ardıcıl 8 iclasdır ki məhkəməyə gəlmir.
Əldə etdiyimiz məlumata görə, məhkəmə tərəfindən Sümbülə Əliyeva barəsində məhkəmədən yayındığı üçün məcburi gətirilmə qərarı çıxarılıb.
Təqsirləndirilən şəxsin məhkəmədə iştirakını təmin etmək polisə həvalə olunub.
Qeyd edək ki, Sümbülə Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği mənimsəməkdə ittiham olunur.
İş üzrə dəymiş ziyan 200 min manata yaxındır.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar