Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zəlzələ ilə bağlı yardımı geri qaytaran azərbaycanlı - VİDEO

Tarix: 24-02-2023 18:25     Baxış: 3308 A- / A+

Yaşayış qeydiyyatı hələ də Türkiyənin Qaziantep bölgəsində olan azərbaycanlı gənc hesabına yatırılan 10 min lirəlik, yəni 900 manat məbləğində olan zəlzələ ilə bağlı yardımı geri qaytarıb.
Söhbət 2018-ci ildə Qaziantep Universitetində təhsil almış 26 yaşlı Musa Musazadədən gedir. O, hərbi xidmətini Azərbaycanda başa vurduqdan sonra İstanbulda məskunlaşıb. Tələbəlik illərində yaşadığı binanın zəlzələ nəticəsində dağılmasından sonra bank hesabına 10 min lirənin yatırıldığını görüb. 
Musa dərhal AFAD-la əlaqə saxlayaraq, məbləği geri qaytarmaq istədiyini bildirib:
“Hesabıma niyə pul köçdüyünü soruşmaq üçün banka zəng etdim. Zəlzələ ilə əlaqəli olduğunu dedilər. Müraciət edib, pulun mənə aid olmadığını və geri qaytarılmasını istədiyimi dedim. Bu pulu xərcləməyim mümkün deyildi, vicdanım rahat olmazdı”.
Həmyerlimiz bildirib ki, 4 il Qaziantepdə yaşayıb və oradakı insanlar ona öz övladları kimi baxıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar