Xəbər lenti
Limit ləğv olunmadan: İndi də gecə-gündüz tarifinə keçilir?
"Azəriqaz”ın “Azərişıq” kimi gecə-gündüz tarifinə keçməsi uzun müddətdir müzakirə olunur.
Lakin qurumdan bununla bağlı texniki imkanın olmaması barədə bir neçə dəfə açıqlama verilib.
Hazırda ölkədə təbii qazla bağlı tariflər olduğu kimi qalır. Həmçinin, limit tətbiqi də qüvvədədir. Bununla belə, yenidən gecə-gündüz tarifinin tətbiq edilə biləcəyi barədə mülahizələr var.
Maraqlıdır, bu tariflərdən hansı vətəndaş üçün daha sərfəlidir?
Manevr.az-ın xəbərinə görə, cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hamının gözləntisi odur ki, limit məsələsi birdəfəlik həllini tapsın:
"Azərbaycan qaz ölkəsidir və limitin olmasının mənası yoxdur. Yumşaq dillə desək, vətəndaşlar tərəfindən də xoş qarşılanmır. Azərbaycanda hər il əhalinin 50 faizindən çoxu qaz limitini keçir. Bu böyük rəqəmdir və əhalinin limitlə bağlı ciddi problemləri var. Əhali qənaət etdikdə belə limiti keçirsə, hökumət bununla bağlı addımlar atmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında da təbii sərvətlərin xalqa məxsus olması qeyd olunub. Bunun da heç olmasa, praktik əhəmiyyəti olmalıdır.
Limit məsələsi birdəfəlik ləğv olunmalıdır. Gecə-gündüz tarifi isə maraqlı təklifdir, amma onun proqram təminatı, nəzarət mexanizmi yaradılmalıdır. Bunun üçün də dövlət tərəfindən əlavə vəsait tələb olunacaq. Hesab edirəm ki, gecə-gündüz tarifin tətbiqi zamanı da ciddi problemlər yaşanacaq. Belə ki, tarifin düzgün hesablanmamasında əhali arasında müəyyən narazılıq olacaq ki, sayğaclardakı sərfiyyat düzgün hesablamır. Məhz narazılığın olmaması üçün limitin aradan qaldırılması daha doğru qərar olardı və 50 faiz əhaliyə müsbət təsir göstərərdi".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar