Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Zəlzələdə öldüyü zənn edilən adam dəfn olunarkən tərpəndi

Tarix: 23-02-2023 20:31     Baxış: 3270 A- / A+
Zəlzələdə öldüyü zənn edilən adam dəfn olunarkən tərpəndiSuriyanın Atarib qəsəbəsində çökmüş binanın dağıntıları altından çıxarılan və öldüyü zənn edilən suriyalının sağ olduğu qəbiristanlıqda məlum olub.

İngiltərənin Dailystar qəzetində yer alan xəbərə görə, Suriyanın Atarib qəsəbəsində çökən binanın dağıntıları altından çıxarılan suriyalı gəncin heç bir həyat əlaməti göstərmədiyi üçün öldüyü düşünülüb.

Axtarış-xilasetmə qrupları kişinin cansız cəsədini şəxsiyyətinin müəyyən edilməsi üçün cəsəd torbasına qoyub və morqa aparıb.

Elə biliblər ki, dağıntılar altında ölüb, məzara qoyulan zaman yerindən tərpənməyə başlayıb
İki gün morqda gözlədikdən sonra Əhməd əl-Mağribinin ailəsi ilə əlaqə saxlanılıb. Ailə kişinin kimliyini təsdiqləyib və meyiti basdırmaq üçün qəbiristanlığa gediblər.

Hamını təəccübləndirən o ana qədər ölmüş kimi görünən adam qəbiristanlığa çatanda yerindən tərpənməyə başlayıb.

Cəsəd torbasından çıxarılan adam yenidən xəstəxanaya aparılıb.

Bildirilib ki, ürəyi dayanan adamın yenidən həyata qayıtması nadir hadisədir. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar