Azərbaycanda son 2 ildə mənzillərin kirayə qiymətində müşahidə olunan sürətli artım 2023-cü ilin yanvarında da davam edib.
Mənzillərin kirayə qiyməti bu ilin yanvarında ötən ilin yanvarı ilə müqayisədə təxminən 20 faiz artıb.
Ötən ilin yanvarında bir xidmətin haqqı 119 manat olduğu halda bu ilin yanvarında 142 manat olub.
2021-ci ilin yanvarı ilə müqayisədə isə kirayə qiymətlərinin 35 faizdən çox artması müşahidə edilib.
Kirayə qiymətləri əvvəlki illərdə də artıb. Amma əvvəlki illərdə qiymət artımının sürəti son aylarda olduğu qədər yüksək olmayıb. Məsələn, 2018-2021-ci illərdə, yəni 3 il ərzində kirayə qiymətləri cəmi 13 faiz artıb.
Göründüyü ki, son 2 ildə kirayə haqlarında artım sürəti olduqca yüksəkdir. Yalnız yanvar ayı ərzində kirayə qiymətlərinin 4 faiz artması da bunu təsdiqləyir.
Bəs son aylarda kirayə qiymətlərində sürətli artım nə ilə bağlıdır?
Kirayə qiymətlərinin sürətli artımına təsir edən 2 əsas amil var. Birinci səbəb daşınmaz əmlak, o cümlədən mənzil qiymətlərinin nəzərəçarpacaq dərəcədə yüksəlməsidir. Mənzil qiymətləri nəzərəçarpacaq dərəcədə yüksəldikdə bu, kirayə qiymətlərində də artıma səbəb olur.
İkinci mühüm səbəb Azərbaycana gələn və burada uzunmüddət qalan əcnəbilərin sayının artmasıdır. 2021-ci ildə və bu ilin yanvarında xarici turistlərin sayında artım 50 faizdən yüksək olub.
2022-ci ildə mənzil və kirayə bazarında qiymətlərin kəskin artmasına Rusiya-Ukrayna müharibəsinin yaratdığı vəziyyət daha güclü təsir edib.
Azərbaycanda uzunmüddət yaşayan əcnəbilər arasında Rusiya vətəndaşı olan soydaşlarımızla yanaşı, Ukrayna və Rusiya vətəndaşı olan digər şəxslər də var.
Həmin şəxslərin əksəriyyəti kirayə mənzil axtardığından kirayə qiymətlərində sürətli artım davam edir.sfera.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar