Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

AZAL-dan tələbələrə güzəşt - RƏSMİ

Tarix: 21-02-2023 16:33     Baxış: 3247 A- / A+


Türkiyədəki zəlzələdən sonra ölkədə verilən qərara əsasən, dərslər distant formada davam etdiriləcək. Dərslərin onlayn qaydada keçirilməsi azərbaycanlı tələbələrin geri qayıtmasını şərtləndirib.
Belə olan halda Azərbaycan-Türkiyə istiqamətləri üzrə uçuşlarda tələbələr üçün güzəştlər gözlənilirmi?

Manevr.az-ın xəbərinə görə, konkret.az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin Türkiyə istiqamətləri üzrə bütün reyslərində tələbə-sərnişinlərə cərimə tətbiq edilmədən biletin dəyərinin tam şəkildə geri qaytarılmasına və ya yenidən ödənişsiz bron edilməsinə icazə verilir.
Bu addım Türkiyə Ali Təhsil Şurasının ölkədə baş vermiş zəlzələlərin nəticələri səbəbindən yaz semestrində tələbələrin distant təhsilə keçməsi qərarına əsaslanır.
Belə ki, 31 mart 2023-cü il tarixinədək müraciət etməklə, 16 fevral tarixinə qədər rəsmiləşdirilmiş və gediş tarixi 7 fevral – 30 iyun 2023-cü il olan aviabiletləri ödənişsiz və cərimə tətbiq edilmədən yenidən təxsis edə və ya qaytara bilərsiniz.
Bununla bağlı sərnişinlər tələbə biletini təqdim edərək AZAL-ın satış ofislərinə və ya callcenter@azal.az və callcenter@butairways.az elektron ünvanlarına müraciət edə bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar