Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyəyə səfərlər ucuzlaşıb - AÇIQLAMA

Tarix: 21-02-2023 14:51     Baxış: 3220 A- / A+


Fevralın 6-da Türkiyənin cənubunda baş verən, 10 vilayətdə ciddi dağıntılara, böyük insan itkisinə səbəb olan zəlzələ ölkənin turizm sektoruna necə təsir edəcək?
Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı trend-ə açıqlama verən turizm eksperti Əziz Şiriyev bildirib ki, zəlzələ bölgəsi Türkiyənin əsas turistik rayonlarından uzaq olsa da, bu ölkəyə turist axınına təsirsiz ötüşməyəcək.
“Amma insanlar Türkiyədə, əsasən, yay aylarında istirahət edirlər, yəni zəlzələnin psixoloji təsirindən çıxmaq üçün hələ vaxt var. Problem yaransa belə, fors-major qaydalarına uyğun olaraq turizm şirkətlərinə tur paketlərin ləğvi barədə məlumat göndərilir. Müştərilərin ya pulu qaytarılır, ya da növbəti səfərə təxirə salınır. Hazırda bizim fevralın 23-nə İstanbula qrup turumuz var. Hələ ki, heç bir problem yaşanmayıb. Əgər hər hansı problem yaranarsa, aviaşirkətlər sərnişinlərin pulunu cəriməsiz qaytarırlar”, - deyə turizm eksperti qeyd edib.
Ə.Şiriyev bildirib ki, turist axınını təmin etmək üçün endirimlər də gözləniləndir.
“Dünyanın bir çox ölkələrindən Türkiyəyə turist axını var. Ancaq hər bir halda zəlzələ Türkiyənin turizm sektoruna təsirsiz ötüşməyəcək və azalmalar müşahidə olunacaq. Hazırda Azərbaycanda fəaliyyət göstərən şirkətlər zəlzələdən sonra Türkiyəyə olan paketlərə endirim edirlər. Bunun da əsas səbəbi əvvəlki kimi tələbin olmaması ilə bağlıdır”, - deyə Ə.Şiriyev vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Gecə isə Hatayda 6,4 və 5,8 bal gücündə daha iki zəlzələ olub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar