Şahzadə Diananın yazdığı şəxsi məktublar 161 min funt-sterlinqə hərracda satılıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 32 məktubun hər biri ayrıca satışa çıxarılıb.
Kolleksiyaçıların əlinə keçən yazışmalar Uels şahzadəsi tərəfindən dostları Syuzi və Tariq Kassem ilə hazırkı Kral III Çarlzdan boşanmadan üç il əvvəl başlayan və ailənin dağılmasından qısa müddət sonra sona çatan müddətdə həyata keçirilib. Bütün məktublar Ledi Diananın Kensinqton sarayındakı ofisində yazılıb.
28 min funta satılan məktubların birində şahzadə Diana boşanması səbəbindən yaşadığı stressdən yazıb.
"Bir il əvvəl bilsəydim ki, bu boşanma ilə üzləşməliyəm, heç vaxt buna razı olmazdım. Dəhşətli və iyrəncdir", - o etiraf edib.
Boşandıqdan sonra yazdığı məktubda isə Diana yazıb: "Azadlıq tapdığım üçün çox xoşbəxtəm və ikinci şansım olduğunu dərk edirəm! Mənim çoxlu xoş fəaliyyətlərim var və bu, əyləncəlidir ... Kimin ağlına gələrdi!". Bu məktub 3800 funt-sterlinqə alıcı tapıb.
Ən bahalı məktub isə şahzadənin 1996-cı ilin sonunda dostu Syuziyə yazdığı məktub olub. Məktubda o, Milad bayramı üçün göndərilən güllərə görə təşəkkür edib və bu bayramı sevmədiyini etiraf edib.
Qeyd edək ki, şahzadə Diana 1997-ci ilin avqustunda vəfat edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar