Xəbər lenti
Deputat AÇIQLADI: “Kəlbəcərdə bunlara ehtiyac var”
“İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə “SOCAR Petroleum” QSC tərəfindən Laçın şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyasının istifadəyə verilməsi təqdirəlayiq və sevindirici hadisədir”.
Manevr.az bildirir ki, bu sözləri Musavat.com-a açıqlamasında 123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Aqil Məmmədov bildirib.
Millət vəkili qeyd edib ki, işğaldan azad edilən ərazilərdə infrastrukturun qurulması prosesi gedir. Bu proses get-gedə daha geniş miqyas alır:
“Həmçinin azad edilən rayonlarımıza, xüsusən də Laçın və Kəlbəcər ərazilərinə yaz-yay aylarında yüzlərlə arıçılıq, heyvandarlıq təsərrüfatları yerləşir. Həmin təsərrüfatlarda minlərlə insan çalışır. Qeyd olunan fəaliyyət sahələrində işləyən insanların, media mənsublarının və digər şəxslərin həmin rayonlarda yanacaq problemi ilə üzləşməməsi, işlərinin asanlaşması üçün müvəqqəti dövr üçün də olsa modul tipli yanacaqdoldurma stansiyalarının qurulması zəruridir. Laçın rayonunda bu zərurətdən irəli gələn məsələnin həlli sevindiricidir. Mən hesab edirəm və əminəm ki, bu il Kəlbəcər rayonu ərazisində də modul tipli yanacaqdoldurma stansiyası qurulacaq və orada işləyən, gedib-gələn insanlar avtomobilləri üçün yanacaq problemi ilə üzləşməyəcəklər. Eyni zamanda hesab edirəm ki, ərazidə müvəqqəti tibb məntəqəsi və onun yanında aptekin istifadəyə verilməsinə ehtiyac var. Rayon ərazisində fəaliyyət göstərən insanların bəzən səhhətində müəyyən problemlər yarana bilir, iş əsnasında müəyyən xəsarət alanlar, hətta arı sancmasından allergiya problemləri yaşayanlar ola bilir. Belə hallarda Murovdağdan aşıb Göygöl rayonuna və ya Gəncəyə getmək məcburiyyətində qalmamaları üçün tibb məntəqəsi və aptekin fəaliyyət göstərməsinin təşkili vacibdir. Kəlbəcərdə yanacaqdoldurma stansiyası, tibb məntəqəsi və aptekə ehtiyac var”.
Qeyd edək ki, “SOCAR Petroleum” QSC Laçın şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib. Modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. “Aİ-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.
Eyni zamanda, son dövrlər ölkəmizdə elektrik mühərrikli avtomobillərə olan marağın sürətlə artması nəzərə alınaraq, Laçında istifadəyə verilən modul tipli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib. Hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında “SOCAR” brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən “SOCAR” brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “SOCAR” brendli YDS-lərinin sayı 5-ə çatdırılıb.

Etibar SEYİDAĞA
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar