Xəbər lenti
Hərbi hissələrdə şəxsi heyətin hüquqi bilikləri artırılır -ŞƏKİLLƏR
Hərbi Prokurorluq işçiləri hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Manevr.az-a bildirilib ki, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Şöhrət Qəhrəmanov birgə tədbirlər planlarına əsasən Müdafiə Nazirliyinin və Daxili Qoşunların N saylı hərbi hissələrində hərbi qulluqçularla görüş zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb, qazilərə şəfa arzulanıb.
Ardınca Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən, eləcə də bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından və Silahlı Qüvvələrin qüdrətindən bəhs edilib.
Bundan sonra, Baş Prokuror cənab Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını hərbçilərə çatdıran Firad Əliyev və Şöhrət Qəhrəmanov şəxsi heyətin hüquqi biliklərinin daha da artırılması məqsədilə hərbi qulluqçular qarşısında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb, eyni zamanda, şəxsi heyətin qayğı və problemləri ilə maraqlanıblar.
Hərbi Prokurorluq işçiləri tərəfindən mütəmadi olaraq həyata keçirilən bu kimi görüşlər davam etdirilir.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar