Xəbər lenti
Facebook və Instagram ödənişli olacaq - Açıqlama

Manevr.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Twitterdən sonra Facebook və Instagram da ödənişli mavi işarə dövrünə keçir. İstifadəçilərə öz hesablarını yoxlamaq imkanı verən və onlara müxtəlif rahatlıqlar təqdim edən “Meta Verified” (Verified account) Meta şirkətinin baş direktoru Mark Zukerberq tərəfindən açıqlanıb. Təsdiqlənmiş hesab internet üçün ayda 11,99 dollara, iPhone istifadəçiləri üçün isə 14,99 dollara başa gələcək. Bu həftə Avstraliya və Yeni Zelandiyada istifadəyə veriləcək abunə sisteminin gələcəkdə digər ölkələrə də yayılacağı açıqlanıb.
Hansı imtiyazlar olacaq?
Meta-dan verilən açıqlamada, abunəliyin ödəniş edən istifadəçilərə mavi nişan, onların yazılarının daha çox görünməsi, nüsxələrdən qorunma və müştəri xidmətlərinə daha asan çıxış imkanı verəcəyi bildirilib. Xidmətə qeydiyyatdan keçən istifadəçilər Instagram və Facebook-da yerləşdirilən Hekayələri və Reel Videoları üçün xüsusi etiketlər alacaqlar. Meta Verified nişanı hələ şirkətlər və bizneslər tərəfindən tətbiq oluna bilməz.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar