Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Vasif Tağıyev bu məşhurun qohumu imiş

Tarix: 19-02-2023 08:18     Baxış: 4344 A- / A+
Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı zamanı yaralanan mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev xalq artisti Firəngiz Mütəllimovanın qohumudur.

Bu barədə Firəngiz Mütəllimova sosial media hesabında bildirib. Xalq artisti dayısı nəvəsi Vasif Tağıyevi evində ziyarət edib.

"Mənim qəhrəman balam, Vasif, dayım nəvəsi, ürəyim. Səninlə qürur duyuram. Yaşadığın bütün sarsıntı, həyəcan geridə qalsın. Sən ailəmizin fəxrisən, Allah yolunu açıq eləsin. Sağlam və xoşbəxt ol, mərd balam. Allah səni və əzizlərini qorusun".

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar