Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu tarixdə Zəngilana daha 20 ailə köçürüləcək

Tarix: 18-02-2023 21:37     Baxış: 3235 A- / A+
Fevral ayının axırı, mart ayının ilk həftələrində Zəngilan rayonunun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.

Bu barədə jurnalistlərə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, 2022-ci il ərzində Zəngilan rayonu Ağalı kəndinə 66 ailə, 326 nəfər artıq köçüb və onlar orada yaşayır, işləyirlər.

"2023-cü ildə də növbəti köç gözlənilir. İki mərhələdən ibarət olan köç artıq bu ayın axırı, mart ayın ilk həftələrində həyata keçiriləcək”, - Vahid Hacıyev qeyd edib.

O əlavə edib ki, evlərin tikintisi artıq başa çatıb və onlar öz sakinlərini gözləyirlər:

"Ağalı kəndində bütün infrastruktur və xidmət strukturları, sahələri artıq fəaliyyət göstərir və buranın sakinləri bu sahələrdə çalışır”. qaynarinfo 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar