Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Əmək pensiyalarının yenidən hesablanması QAYDASI DƏYİŞDİ

Tarix: 18-02-2023 21:17     Baxış: 4285 A- / A+
Əmək pensiyalarının yenidən hesablanması QAYDASI DƏYİŞDİ
Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib.
 
Manevr.az
-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.
 
Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.
 
Əlavə edilən yeni yarımbəndlərlərə əsasən, qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə və qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da əmək pensiyaları yenidən hesablanacaq.
 
Yeni qərara əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi şəhid ailə üzvlərinə münasibətdə yeni növ pensiya təyinatı ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanacaq. 
 
Xatırladaq ki, hazırki qanunvericiliyə əsasən yeni növ pensiya təyinatı ərizənin qeydiyyata alındığı tarixdən sonrakı ayın 1-dən aparılırdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar