Ötən il meyxana aləminin ən məşhur simalarından olan Rəşad Dağlının həbs edilməsi pərəstişkarları və meyxanasevərlər arasında dərin kədərlə qarşılandı. Şəxsi münasibət zəmnində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq qətlə yetirdiyi üçün həbs edilən məşhur meyxanaçının səhhəti və cinayət işinin prosseduru ilə bağlı xəbərlər insanlar arasında yetərincə maraq doğurur.
Manevr.az buta.ws-yə istinadən xəbər verir ki, Rəşad Dağlının hazırki durumunu öyrənmək üçün meyxanaçının qohumu, jurnalist Könül Ayparadan məlumat alıb. Könül xanım Rəşad Dağlının səhhətinin normal olduğunu bildirib.
Hazırda Rəşadın səhhəti normaldı. Düzdü, azadlıqdan məhrum edilən hər bir məhkum kimi onun da vəziyyəti az-çox hər kəsə məlumdur. Amma çox şükür, səhhətində ciddi problem və ya xəstəlik yoxdur. İstintaq prossesinin gedişinə gəlincə isə, bu tam qapalı aparılır və bizim də məlumatımız yoxdur. Əlbəttə ki, bütün cinayət törətmiş şəxslər kimi, Rəşad da bunun cəzasını çəkəcək. İlkin olaraq 4 ay həbs qəti imkan tədbiri seçilmişdi, artıq onun 2 ayı geridə qalıb. Konkret nəsə demək üçün 2 ay sonranı gözləməliyik." Mövzu ilə bağlı hüquqşünas Cavanşir Seyidov bildirib ki, hazırki vəziyyətdə istintaq prosesinin daha da uzancağını düşünür.
"Bir hüquqşünas kimi deyə bilərəm ki, Rəşad Dağlı cinayətinin istintaq prosesi uzana bilər. Baş verən hadisə ağır cinayət olduğu üçün istintaq prossesi 4 aydan daha uzun müddət davam edə bilər, yəni proses uzana bilər."
Hüquqşünas həmçinin meyxanaçının may ayında baş tutacaq "qızıl amnistiya"ya düşmə ehtimalı ilə bağlı isə bunun real olmadığını deyib.
"Rəşad Dağlının amnistiyaya düşməsi üçün ilk öncə istintaq prossesi yekunlaşmalı və məhkəmənin yekun qərarı olmalıdır. Lakin Rəşad bəyin prossesində bu real görünmür, yəqin ki, istintaq müddəti uzanacaq. Onun may ayında baş tutacaq amnistiyaya düşməsini ehtimal etmirəm.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar