Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

İş adamı Sərvər Bəşirliyə maşın bağışladı - ŞƏKİL

Tarix: 16-02-2023 15:03     Baxış: 4348 A- / A+

Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yardım toplanıldığı zaman Azərbaycanda bir fenomen aşkar olundu.
Özünün köhnə "Jiquli"si ilə yardım məntəqəsinə əşya daşıyan zaman çəkilən bir foto Laçın qaçqını Sərvər Bəşirlini fenomenə çevirdi.
Sərvərin bu yardımı hər kəsin ürəyinə toxundu. Həm yerli, həm də xarici mediada onun fotosu, daha sonra isə təvazökar videoları gündəm oldu. Bu gün isə köhnə avtomobili ilə tanınan Sərvər Bəşirliyə Türkiyəli iş adamı tərəfindən yeni avtomobil hədiyyə edilib.
Xeyriyyəçi iş adamı, Türkiyədə bir çox yardımları ilə tanınan, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi Səbahəddin Civelek Sərvər Bəşirlinin bu addımına cavab olaraq, ona avtomobil hədiyyə edib.
Avtomobil Sərvər Bəşirlinin atasına iş adamının  yaxın dostu, onu bu xeyir işdə təmsil edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu tərəfindən təqdim edilib. Sərvər Bəşirlinin özü hazırda Türkiyənin zəlzələ bölgəsindədir, Azərbaycandan gedən könüllü qrupla orada qardaş ölkəyə dəstək olur. Türkiyəyə yola düşməzdən öncə Sərvər Bəşirli iş adamı Səbahəddin Civeleklə görüntülü danışıb və olduqca təsirli anlar yaşanıb. 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar