Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşüb

Tarix: 15-02-2023 19:02     Baxış: 3255 A- / A+
Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib.
Manevr.az xəbər verir ki, bu gün zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib.
Eyni zamanda, xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar