Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda içməli suyun qiyməti qalxacaq? - Rəsmi açıqlama

Tarix: 14-02-2023 11:54     Baxış: 3255 A- / A+


Azərbaycanda içməli suyun qiyməti qalxacaq? - Rəsmi AÇIQLAMA

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib.
 
Buna səbəb sudan səmərəli və qənaətlə istifadə edilməsidir. 
 
Bəs içməli suyun qiyməti artacaqmı?
 
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, içməli suyun qiymətinin artırılması barədə qurum tərəfindən heç bir təklif verilməyib: 

“Bu məsələ gündəmdə deyil”.
 
Qeyd edək ki, artıq içməli suyun verilməsi ilə bağlı yeni qrafikin tətbiqinə başlanılıb. Samur çayında su ehtiyatının iki dəfə azalması, həmçinin, “Taxtakörpü” su anbarında 50 milyon kubmetr ehtiyat qalması ASC-ni bu addımı atmağa vadar edib.
 
Ötən il “Taxtakörpü” su anbarında 180 milyon kubmetr su ehtiyatı var idi. Prezident İlham Əliyevin sərəncamı ilə Su komissiyası yaradılıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib.
 
Suraxanı, Sabunçu, Binəqədi, Abşeron və digər ətraf ərazilərdə qrafikə görə 14 saat su verilirsə, bu, 10 saata salınacaq. Eyni zamanda, hansı ərazidə 12 saat su verilirsə, 8 saata salınacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar